Icma.az
close
up
RU
HƏMAS lideri Qəzzada həlak olanların cəsədlərinin axtarılmasında çətinliklər olduğunu bildirib

HƏMAS lideri Qəzzada həlak olanların cəsədlərinin axtarılmasında çətinliklər olduğunu bildirib

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

HƏMAS-ın yüksək vəzifəli nümayəndəsi və qruplaşmanın danışıqlar qurupunun rəhbəri Xalil əl-Xayya "Al Jazeera" telekanalına müsahibəsində cari danışıqlar, həlak olmuş girovların cəsədlərinin qaytarılması və Qəzzanın gələcək idarəçiliyi barədə bir sıra açıqlamalar verib.

Bizimyol.info xəbər verir ki, Əl-Xayyanın sözlərinə görə, HƏMAS bir neçə ay əvvəl vasitəçilərə həlak olmuş girovların cəsədlərinin tapılması ilə bağlı çətinliklər olduğu barədə məlumat verib.

“Bir neçə ay əvvəl vasitəçilərə bildirdik ki, onların axtarışında problemlər var, çünki İsrail Qəzzanın landşaftını dəyişib, hətta həlak olmuşların dəfn olunduğu məkanlarda belə. Bəzi hallarda dəfn yerləri artıq məlum deyil. Amerikalılar bu məsələni başa düşür və biz bunu onlara aydın şəkildə bildirmişik,” — deyə o bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə cəsədlərin axtarışı üzrə intensiv işlər davam edir: “Keçən həftə və ondan əvvəlki həftə, sağ girovların azad edilməsindən sonra intensiv və qeyri-adi iş aparıldı. İsrail bu səylərə nəzarət edir”, - deyə o qeyd edib.

Əl-Xayya həmçinin İsraili danışıqları pozmağa və həlak olmuşlarla bağlı məsələdən “əbə” (bəhanə) kimi istifadə etməyə çalışmaqda ittiham edib.

“Bu günkü problem — əsl problem deyil, bu, yalnız İsrail tərəfindən irəli sürülən bəhanədir. Qardaşlarımız gündüz iş görür, köhnə və çox zəif avadanlıqla qazırlar, torpağın 20 metrdən də dərinliyinə qədər davam edirlər. Hətta ABŞ Prezidenti Donald Tramp da bunu anlayır və ona daha çox vaxt verilməsini xahiş edir,” — deyə o vurğulayıb.

Bundan əlavə, HƏMAS nümayəndəsi bildirib ki, qruplaşma Fəth və digər Fələstin fraq­siyaları ilə Qəzzanın idarəçiliyini öz üzərinə götürəcək texnokratik komitənin yaradılması barədə razılığa gəlib.

“Biz bu məsələ ilə bağlı Fəth ilə razılığa gəlmişik,” — deyə o əlavə edib və komitənin rolunun seçkilər keçirildikdən sonra və ya milli razılıq hökuməti formalaşdıqda başa çatacağını bildirib.

Əl-Xayya HƏMAS-ın “müstəqil fələstin dövləti” yaradılana qədər silahı yerə qoymayacağını vurğulayıb.

7 oktyabr hücumuna münasibət bildirərkən: “Bu, işğalçının — artıq 77 ildir torpaqlarımızı işğal edən — davranışının təbii nəticəsi idi. O, Qüdsü yəhudiləşdirir, "əl-Aqsa" məscidində parçalanma yaradır və 19 illik blokada ilə Qəzzanı məhv edir. İşğal Qəzzaya hücum planlaşdırmışdı”, - deyə o bildirib.

O əlavə edib ki, "7/10" hücumu dünya ictimaiyyətinin İsrail-Fələstin münaqişəsinə münasibətini dəyişib: “Dünyada sionist rejiminə qarşı şüurlu çevriliş baş verir. Bu böyük səylər tələb edirdi, amma "əl-Aqsa Seli" buna nail oldu. Biz dayanmaq istəmirik. Biz istəyirik ki, İsrail öz cinayətlərinə görə qınansın və dünya Fələstin dövlətinin yaradılmasını və qaçqınların geri dönməsini sürətləndirsin. O zaman hər kəs anlayacaq ki, bizim qurbanlarımız boşuna olmayıb”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Oktyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri