“HƏMAS Qəzzada atəşkəsin birinci mərhələsində girovların siyahısını təhvil verəcək” KİV
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fələstinin HƏMAS radikal hərəkatı anklavda atəşkəs razılaşmasının həyata keçirilməsinin birinci mərhələsində Qəzza zolağında saxlanılan israilli girovların adlarının siyahısını təhvil verməyə hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.
Bildirilib ki, vasitəçilər artıq sazişin layihə variantını əldə ediblər və tərəflər hazırda İsrailin təklif olunan şərtlərə reaksiyasını gözləyirlər. Telekanal iddia edir ki, sənədə əsasən, atəşkəs razılaşması “üç vaxt müddəti ərzində” həyata keçiriləcək. Mənbələrin sözlərinə görə, HƏMAS danışıqlar prosesində müəyyən qədər çeviklik göstərib və bu, İsrailin Baş naziri Benyamin Netanyahunu razılaşmanın müzakirəsinə qayıtmağa məcbur edib.
Hərəkatın özü hələ ki, hazırkı danışıqların gedişi ilə bağlı rəsmi açıqlama verməyib.
Bu mövzuda digər xəbərlər:KİV: Həmas girovların siyahısını Misirə təhvil verib
10 Dekabr 2024 23:37
Həmas girovların siyahısını Misirə təhvil verib
10 Dekabr 2024 23:59
HƏMAS girovların siyahısını Misirə təhvil verdi
11 Dekabr 2024 06:27
Həmas girovların siyahısını Misirə təhvil verdi
11 Dekabr 2024 01:13
Baxış sayı:115
Bu xəbər 11 Yanvar 2025 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















