HƏMAS rəhbəri ABŞ barədə danışdı
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.
"ABŞ-ın yeni seçilmiş prezident Donald Trampın vəzifəyə başlamasından sonra Yaxın Şərqlə bağlı siyasətini dəyişəcəyinə şübhə edirəm".
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Fələstinin HƏMAS hərəkatının Siyasi Büro üzvü Xəlil əl-Heya deyib.
“İsrail hakimiyyəti indi Trampın başçılıq etdiyi yeni Amerika administrasiyasının dəstəyinə ümid edərək İordan çayının qərb sahilini ilhaq etməyə çalışır və İsrail bu istiqamətdə ona yaşıl işıq yandıracağına ümid edir” Xəlil əl-Heya bildirib.
Onun sözlərinə görə, Fələstin nə indiki, nə də başqa ABŞ administrasiyasına arxalana bilməz, çünki Vaşinqtonun Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyi dəyişməyəcək. Əl-Heya, bunun hansı Amerika liderinin dövründə baş verməsindən asılı olmayaraq, Fələstin xalqının hüquqları tam reallaşana qədər HƏMAS-ın məsələsini müdafiə etməyə hazır olduğunu qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 21 Noyabr 2024 01:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















