HƏMAS rəhbərliyinin iki üzvü Livan ordusu tərəfindən saxlanılıb
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Livan ordusunun xüsusi xidməti aprelin 15-də ölkənin cənubunda yerləşən Sayda şəhərində əməliyyat keçirib və Fələstinin radikal HƏMAS hərəkatının rəhbərliyinin iki üzvünü saxlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Janoubia" xəbər portalı məlumat verib, lakin saxlanılanların adlarını qeyd etməyib.
Portalın məlumatına görə, Cənubi Livan ərazisindən İsrailə qarşı silahlı hücumların həyata keçirilməsi ilə əlaqəli fələstinlilərin həbs edilməsi ilk hadisə deyil. Daha əvvəl respublikanın silahlı qüvvələrinin komandanlığı Bekaa vadisində və Suriya sərhədində Fələstin cəbhələrinin altı hərbi bazasını bağlayıb, orada olan texnika və döyüş sursatları müsadirə edilib.
Aprelin 4-də İsrail Hərbi Hava Qüvvələrinin qırıcısı Saydaya hücum edib, bu hücum nəticəsində HƏMAS-ın Livanın cənubundakı birləşmələrinin komandiri Həsən Fərhət məhv edilib.
2024-cü il yanvarın 2-də Beyrutun cənub ətrafında İsrail pilotsuz təyyarəsinin zərbəsi nəticəsində HƏMAS-ın Siyasi Bürosunun müavini Saleh əl Aruri öldürülüb.
Livanda daxili muxtariyyətdən istifadə edən 12 Fələstin qaçqın düşərgəsi var, fələstinlilərin ümumi sayı 450 min nəfər təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 16 Aprel 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















