“HƏMAS“ rəsmisi İsrail həbsxanalarını “canlı qəbiristanlıq“ adlandırdı...
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fələstin İslam Müqavimət Hərəkatının -"HƏMAS"-IN yüksək vəzifəli rəsmisi Zaher Cabarin verdiyi açıqlamada bildirib ki, məhbusların azad edilməsi müqavimət qruplarının sarsılmaz vədidir.
Moderator.az xəbər verir ki, bu haqda İranın "Mehr" agentliyi məlumat yayıb.
"Knessetdə(İsrail parlamenti-S.L.) fələstinli məhbusların edam edilməsi haqqında qanunun qəbul edilməsinə toxunan Cabarin, builki Məhbus Gününün işğalçıların(İsrail qurumları-S.L.) məhbusları fiziki olaraq təmizləmək üçün ən qəddar işgəncə, təqib və sistematik səylərinin kölgəsində keçdiyini açıqlayıb.
O, həbsxanalardakı mövcud şəraiti "qanlı və fəlakətli" adlandırıb və məhbusların qəsdən yemək, su və dərmandan məhrum edilməsinin kameraları "canlı qəbiristanlığa" çevirdiyini, baxmayaraq ki, məhbusların iradəsinin sarsılmaz olduğunu bildirib" - xəbərdə belə deyilir.
Moderator.az əlavə edir ki, Fələstinli Məhbusların İşləri Komitəsinin hesabatına görə, 2026-ci ilin əvvəlində İsrail həbsxanalarında 9350-dən çox fələstinli məhbus və saxlanılan şəxs olub.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 18 Aprel 2026 07:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















