Icma.az
close
up
RU
HƏMAS son 20 israilli girovu da azad etdi Qəzza müharibəsi başa çatır

HƏMAS son 20 israilli girovu da azad etdi Qəzza müharibəsi başa çatır

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

HƏMAS 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücum zamanı əsir aldığı son 20 israillini azad edib.

“AzPolitika” xəbər verir ki, girovların azad edilməsi ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü Qəzza müharibəsinin dayandırılması planı çərçivəsində həyata keçirilib. Hazırda planın icrası ilə bağlı növbəti mərhələlər Misirdə keçirilən beynəlxalq konfransda müzakirə olunur.

Səhər saatlarında ilk 7 nəfər Beynəlxalq Qırmızı Xaç Komitəsinə, daha sonra isə İsrail hərbçilərinə təhvil verilib. Sonradan daha 13 nəfərlik ikinci qrup da Qırmızı Xaç vasitəsilə təhvil verilib. Məlumata görə, HƏMAS həmçinin 28 nəfər həlak olmuş əsirin cəsədini də təhvil verməlidir.

İsrail ordusu isə Qəzza zolağından razılaşdırılmış mövqelərə çəkilib, yüzlərlə fələstinli məhbusun azad edilməsini qəbul edib. Artıq ilk məhbus avtobusu Qəzzaya daxil olub.

ABŞ Prezidenti Donald Tramp bu gün səhər İsrailə səfər edib.Təyyarədə jurnalistlərə açıqlama verən Tramp deyib: ”Müharibə başa çatıb. Mən inanıram ki, atəşkəs rejimi sabit qalacaq”.

Tramp İsrail parlamentində – Knessetdə çıxış edib və bunu “böyük şərəf və yeni başlanğıc” adlandırıb.

“Bu sadəcə müharibənin sonu deyil. Bu, böyük barışığın və bölgədə yeni harmoniyanın başlanğıcıdır. İsrail və bütün region üçün yeni dövr başlayır”, - deyə Tramp bildirib.

ABŞ lideri sonra Şarm əl-Şeyxdə keçiriləcək beynəlxalq sammitdə iştirak etmək üçün Misirə yola düşüb.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, Avropa İttifaqı yaxın günlərdə bölgədə müşahidə missiyasını bərpa edəcək və bunun atəşkəs rejiminin qorunmasına mühüm töhfə verəcəyini vurğulayıb.

“Bu, diplomatiyanın böyük uğurudur və prezident Trampın səyləri sayəsində mümkün olub”, - deyə Kallas bildirib.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen isə yazıb: “Girovların geri qayıtması bu ailələr üçün böyük sevinc, dünya üçünsə rahatlıq anıdır. Müharibə səhifəsi çevrilir, yeni mərhələ başlayır”.

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin Qəzzadakı mülki əhaliyə əlavə humanitar yardım göndərəcəyini açıqlayıb: “Bu, Yaxın Şərqdə müharibənin dayandırılması yolunda ilk, həlledici addımdır. İndi bölgədə davamlı sülh və təhlükəsiz gələcək təmin edilməlidir”.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Trampın planında Qəzza zolağından başqa İordan çayının Qərb sahilinə dair konkret mexanizmlər yoxdur və bu məsələlərin hələ dəqiqləşdirilməsinə ehtiyac var.

HƏMAS artıq İsrail ordusunun tərk etdiyi ərazilərdə nəzarəti bərpa edirr. Tramp planının 6-cı bəndinə əsasən, İsraillə dinc yanaşı yaşamağa hazır olan HƏMAS üzvləri amnistiyaya məruz qalacaq, digərləri isə Qəzzanı tərk etməlidir.

Planın 9-cu bəndinə görə, bölgəni idarə edəcək müvəqqəti texnokrat hökumət qurulacaq. 15-ci bənd isə ABŞ-ın rəhbərliyi ilə yaradılan Beynəlxalq Sabitlik Qüvvələrinin Qəzzaya yerləşdirilməsini nəzərdə tutur. Bu qüvvələr yerli polis strukturunu öyrədəcək və dəstəkləyəcək.

Sabah Şarm əl-Şeyxdə keçiriləcək sammitdə 20-dən çox ölkənin lideri planın icrasının növbəti mərhələsini müzakirə edəcək.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Oktyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri