Icma.az
close
up
RU
HƏMAS tərk silah danışıqlarında iştirak etməyə hazır olduğunu təsdiqləyib

HƏMAS tərk silah danışıqlarında iştirak etməyə hazır olduğunu təsdiqləyib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 8 dekabr, AZƏRTAC

HƏMAS hərəkatı əlində olan silahların “dondurulması və ya yığılması” məsələsini müzakirə etməyə hazır olduğunu təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

HƏMAS-ın siyasi büro üzvü Qasım Naim agentliyə açıqlamasında deyib: “Biz gərginliyin, növbəti toqquşmaların və ya partlayışların qarşısını almaq üçün hərtərəfli yanaşmaya açığıq. Fələstinlilərin bu atəşkəs dövründə ümumiyyətlə silahdan istifadə etməyəcəyinə dair zəmanətlərin olması şərti ilə arsenalın dondurulması və ya ehtiyatının yığılmasından danışa bilərik”.

Naim qeyd edib ki, hərəkat “müqavimət hüququ”nu saxlasa da, Fələstin dövlətinin yaradılmasına yönəlmiş prosesin bir hissəsi kimi silahı yerə qoymağa hazırdır.

HƏMAS nümayəndələri əvvəllər də silahların Fələstin Milli Administrasiyasının nəzarətinə verilməsinə hazır olduqlarını bildiriblər.

Agentlik yazır ki, ABŞ-ın hazırladığı sülh planı HƏMAS-ın tərk-silah olunmasını nəzərdə tutur. Buna görə də hərəkat rəsmisinin açıqlaması “müqavilədəki ən aktual problemlərdən biri üçün mümkün həll formulu” kimi dəyərləndirilə bilər. Lakin bu formulun İsraili qane edib-etməyəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, dekabrın 4-də ABŞ Prezidenti Donald Tramp Qəzza üzrə sazişin ümumi olaraq doğru istiqamətdə irəlilədiyini və sənədin ikinci mərhələsinin “çox yaxın zamanda” həyata keçiriləcəyini bəyan etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri