Icma.az
close
up
RU
Həmas və İsrail 45 günlük yeni atəşkəsin müzakirəsinə başladılar

Həmas və İsrail 45 günlük yeni atəşkəsin müzakirəsinə başladılar

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

İsrail mediası yüzlərlə fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsi, uzunmüddətli atəşkəs və humanitar yardımların Qəzza zolağına daxil olması qarşılığında 10-a yaxın diri və çoxlu ölü israilli məhbusun azad edilməsi üçün danışıqlar aparıldığını bildirib.
Turkustan.az xəbər verir ki, məlumatlara görə, İsrail etiraf edib ki, “Həmas razılaşmanı qəbul edərsə, ABŞ vasitəçilər vasitəsilə hərəkət edəcək və Təl-Əviv razılaşmanın ikinci mərhələsində, yəni hücumların dayandırılması üçün danışıqlarda iştirak edəcək”.
Bu vəziyyət danışıqlarda mühüm dönüş nöqtəsi hesab olunur, çünki İsrail əvvəllər rədd etdiyi bu tələbi indi nəzərə alır.

Qətərdə çıxan “Ərəbi əl-Cədid” qəzetinin məlumatına görə, İsraillə atəşkəs danışıqlarını aparan Həmas heyəti Misir rəsmiləri ilə görüşdükdən sonra məsləhətləşmələr üçün Qahirəni tərk edib.
Atəşkəsin ilk mərhələsində İsrailin həbsxanalardakı 66 ömürlük məhbusu və Qəzzada saxlanılan yüzlərlə fələstinli məhbusu azad etməsi müqabilində HƏMAS-ın Qəzzada 8 israilli məhbusu diri-diri azad edəcəyi və Qəzzaya humanitar yardım göndərilməsinə başlanacağı bildirilib.
Həmas mənbələri Əl-Cəzirə telekanalına bildiriblər ki, Misirin yeni təklifi 45 günlük atəşkəs və razılaşmanın ilk həftəsində Qəzza zolağında diri və ya ölü israilli məhbusların yarısının azad edilməsi müqabilində Qəzzaya humanitar yardım göndərilməsinə başlanılmasını nəzərdə tutur.
Təklifə görə, atəşkəs HƏMAS-ın 45 gündən sonra Qəzzadakı israilli məhbusları azad etməsindən sonra uzadılacaq.
HƏMAS mənbələri Misirin təklifində “HƏMAS silahı yerə qoymalıdır” ifadəsinin açıq şəkildə yer almasından təəccübləndiklərini bildirib və bu şərti qəbul etməyəcəklərini Misir tərəfinə çatdırdıqlarını bildiriblər.
Aytən Yaşar/ Turkustan.az.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Aprel 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri