Icma.az
close
up
RU
HƏMAS və İsrail bir birlərinə güvənmir

HƏMAS və İsrail bir birlərinə güvənmir

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qəzza zolağının cənubundakı Rəfah bölgəsində İsrail əsgərlərinə atəş açılıb. Hadisə nəticəsində tərəflər arasında qısa müddətli qarşıdurma yaşanıb. İsrail ordusu hücuma cavab olaraq Rəfah şəhərinə bir neçə hava zərbəsi endirib. Yerli mənbələrin məlumatına görə, zərbələr əsasən şəhərin kənar ərazilərinə yönəlib. Sonradan tərəflər arasında vasitəçilərin iştirakı ilə atəşkəs rejimi yenidən bərpa edilib. Hazırda bölgədə nisbi sakitliyin qorunduğu bildirilir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Həşim Səhrablı bildirdi ki, kiçik miqyaslı olsa da, belə qarşıdurmaların yaşanması atəşkəs rejiminin pozulması faktıdır. Onun sözlərinə görə atəşkəsin pozulmasının bir sıra səbəbləri var:

"Əvvəla onu qeyd edək ki, hər iki tərəf biri digərini atəşkəsin pozulmasında günahlandırır. Amma istənilən halda, kimin birinci atəş açmasından asılı olmayaraq, bu onu deməyə əsas verir ki, artıq hər iki tərəf biri digərinə qarşı ciddi bir etimadsızlıq yaşayır. Nəticə etibarilə bu, sülh və atəşkəs istiqamətində atılan addımların səmərəliliyini sual altına qoyur. Çünki əsirlərlə bağlı məsələdə İsrail HƏMAS-a güvənmir, İsrailin gələcək dövlət təhlükəsizliyi ilə bağlı məsələdə, eyni zamanda HƏMAS tərəfi də İsrailə güvənmir. Onlar fikirləşirlər ki, bir gün HƏMAS tərk-silah edilərsə, yəni tam mənada sıradan çıxarılarsa, kim qarantiyə verə bilər ki, Qəzza zolağının Fələstin dövlətinin bayrağı altında birləşməsi və ümumiyyətlə Fələstin dövlətinin dünya miqyasında, həmçinin İsrail və onun dəstəkçiləri tərəfindən tanınması məsələsinə əməl olunacaq".

Müsahibimiz vurğuladı ki, HƏMAS düşüncəsinə görə, İsrail HƏMAS-ın tərk-silah edilməsindən sonra Qəzzanı ələ keçirməsi üçün artıq heç bir maneə qalmayacaq:

"Bax, bütün bu məsələlər hazırda ciddi bir etimadsızlıq yaradıb. Ona görə də beynəlxalq miqyasda ciddi müdaxilələr olmasına baxmayaraq, tərəflər əldə olunan atəşkəslə bağlı və gələcək danışıqlar məsələsində zaman-zaman ciddi fikir ayrılıqlarına düşürlər. Bu da prosesi ləngidir. Prosesin tam mənada uğurla başa çatması üçün isə bundan sonra beynəlxalq tərəflərin, yəni üçüncü, dördüncü və s. ölkələrin oynayacağı rol önəmli olacaq. Əgər onlar həqiqətən də tərəflər arasında etimadsızlıq mühitini aradan qaldıra və bölgədə hər iki tərəfin maraqlarına uyğun bir siyasi situasiya yarada bilsələr, onda problemin həllindən danışa biləcəyimiz bir geosiyasi vəziyyət formalaşacaq. İndiki halda isə hətta beynəlxalq tərəflərin özlərinin nə qədər səmimi olması da sual altındadır".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Oktyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri