Həmədanda dəfn mərasimi hökumətə qarşı aksiyaya çevrildi
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Bu gün Həmədan şəhərində İran məmurlarının öldürdüyü iki gəncin dəfn mərasiminə minlərlə insan qatılıb.
Axar.az xəbər verir ki, bu haqda yerli mənbələr məlumat və videolar yayıblar.
Mərasimə qatılanlar hökumət əleyhinə şüarlar səsləndirib, gənclərin ölümündə günahkar olanların cəzalandırıılmalarını istəyiblər.
Qeyd edək ki, iyulun 1-i axşam saatlarında SEPAH-a bağlı yarım hərbi “Bəsic” qüvvələrinin üzvləri Həmədan əyalətinin Tarikdərə bölgəsində üç gəncə atəş açıb, onlardan ikisi yerindəcə həlak olub.
Məlumata görə, təbiət gəzintisinə çıxan 3 gənc “Bəsic” qüvvələrinin özbaşına qurduqları yoxlama postunda saxlanılıb. Buna etiraz edən gənclərə atəş açılıb, nəticədə Mehdi Əbayi və Əlirza Kərbasi adlı gənclər öldürülüb, üçüncü gənc isə ağır yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 03 İyul 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















