Icma.az
close
up
RU
Həmidə Ömərova: “Həyatımla bağlı bir əsər yazmaq istəyirəm” VİDEO

Həmidə Ömərova: “Həyatımla bağlı bir əsər yazmaq istəyirəm” VİDEO

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“525-ci qəzet”in 22 may tarixli sayında dərc olunacaq yazılardan biri Tamilla M-Zadənin Xalq artisti Həmidə Ömərova ilə apardığı maraqlı müsahibədir.

Müsahibədə Həmidə Ömərova həyat və sənət yolunun müxtəlif mərhələlərindən danışır. O, əvvəlcə Filologiya fakültəsində təhsil aldığını, daha sonra isə Moskva Kinematoqrafiya İnstitutuna qəbul olunaraq aktyorluq sənətinə gəldiyini qeyd edir. Sənətkar bildirir ki, sərt ailə nəzarətindən uzaqlaşmaq arzusu onun həyatında dönüş nöqtəsinə çevrilib və bu seçim gələcək yaradıcılıq yolunu müəyyənləşdirib.

Aktrisa Moskvadakı tələbəlik illərindən, özünəinam uğrunda keçdiyi çətinliklərdən və müəllimlərinin ona münasibətindən söz açır.

Həmidə Ömərova həmin dövrün onun xarakterini və sənətə münasibətini formalaşdırdığını vurğulayır.

Müsahibədə sənətkar “Anlamaq istəyirəm”, “Gümüşü furqon” və “Nizami” filmlərindəki obrazları ilə bağlı maraqlı xatirələrini də bölüşür. O, xüsusilə “Nizami” filmində Afaq obrazının həyatında xüsusi yer tutduğunu bildirir və tərəf müqabili olan Müslüm Maqomayev ilə işləməyin onun üçün böyük məsuliyyət və məktəb olduğunu qeyd edir.

Həmidə Ömərova müasir Azərbaycan kinosunun problemlərinə də toxunur. Onun fikrincə, bu gün kino sahəsində əsas məsələ istedadlı gənclərə şərait yaratmaq, çəkilən filmlərin tamaşaçıya çatdırılmasını təmin etmək və kommersiya ilə müəllif kinosu arasında balans qurmaqdır. Aktrisa hesab edir ki, tamaşaçı auditoriyasını yenidən qazanmaq üçün kinoya xüsusi yanaşma və peşəkar mühit vacibdir.

Sənətkar ailə həyatı, pedaqoji fəaliyyəti və gənclərə tövsiyələri barədə də danışır. O bildirir ki, həyatda uğurun əsas şərtlərindən biri səbirli olmaqdır.

Müsahibənin sonunda Həmidə Ömərova həyatını filmə bənzədərək gələcəkdə bu barədə əsər yazmaq istədiyini də qeyd edir.

Nigar Abbasova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://525.az
archiveBu xəbər 21 May 2026 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri