Həmin aerodroma hücumu İsrail həyata keçirib
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Suriyanın Əbu-Duhur hərbi aerodromuna hava zərbələrini İsrail endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisinin “X” sosial şəbəkəsində paylaşılan bəyanatında deyilir.
Netanyahunun sözlərinə görə, bu qərar Türkiyənin həmin bazada öz qüvvələrini yerləşdirmək planları səbəbindən qəbul edilib.
“İsrail dəfələrlə Suriyaya xəbərdarlıq edib ki, belə qoşun yerləşdirilməsi İsrailin təhlükəsizliyinə təhdid yaradacaq. Suriya bu xəbərdarlıqları nəzərə almamağa üstünlük verib”, - paylaşımda deyilir.
Qeyd edək ki, daha əvvəl adı açıqlanmayan türkiyəli rəsmi bu bazada ölkəsinin hərbi mövcudluq planlarını təkzib edib.
Xatırladaq ki, avqustun 18-də Suriyanın İdlib əyalətində Əbu-Duhur hərbi aerodromuna zərbə endirilib. Məlumata görə, aerodrom uçuşlar üçün istifadə edilməsə də, orada Suriya Müdafiə Nazirliyinin qüvvələri mövcud olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 19 Avqust 2026 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















