Icma.az
close
up
RU
Həmin dəmiryolu xəttinin təməlqoyma mərasiminin tarixi...

Həmin dəmiryolu xəttinin təməlqoyma mərasiminin tarixi...

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İğdır şəhərində Zəngəzur dəhlizinin əsas komponenti olan Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də keçiriləcək.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Pekindən Londona qədər uzanan şərq-qərb xətti daha səmərəli fəaliyyət göstərəcək.

Bu xəttin Türkiyənin şərqində yük və sərnişin daşımalarını gücləndirəcəyini vurğulayan A.Uraloğlu yolun həm Türkiyənin logistika imkanlarını artıracağını, həm də Asiyaya uzanan ticarət yollarında ölkənin təhlükəsizlik adası olaraq geostrateji mövqeyini möhkəmləndirəcəyini bildirib.

Həmçinin oxuyun:

Zəngəzur uğrunda mübarizə pik həddə – Dünya nəhənglərinin savaşı dərinləşdi

Nazir bildirib ki, layihə üçün Türkiyə Xəzinə və Maliyyə Nazirliyi tərəfindən görülən işlər nəticəsində 2,4 milyard avro məbləğində xarici maliyyələşdirmə təmin edilib.

“Bu xətti 224 kilometr uzunluğunda, iki xətli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa edəcəyik. Xətt illik 5,5 milyon sərnişin və 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq. Layihə çərçivəsində 24 tunel, 10 körpü, 144 alt keçid, 27 üst keçid, 480 suötürücü və s. inşa ediləcək”.

A.Uraloğlu qeyd edib ki, təməli atılacaq bu xətt Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin mühüm bir hissəsidir:

“Bu xətt sayəsində Türkiyə ilə Azərbaycan arasında fasiləsiz yeni bir dəmiryolu əlaqəsi təmin olunacaq. Eyni zamanda, Şərq və Cənub-Şərqi Anadolunun istehsal potensialı xarici bazarlara daha sürətli çatacaq, Aralıq dənizinin turizm potensialı artacaq. Bundan əlavə, bu xətt Trans-Xəzər və Şimal-Cənub dəhlizlərini gücləndirərək Avrasiyanın tədarük və logistika şəbəkələrini möhkəmləndirəcək, Türkiyəni regional əməkdaşlığın mərkəzinə çevirəcək. Orta Dəhlizin dəmiryolu və avtomobil yolu yükdaşıma qabiliyyəti artacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Avqust 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri