Icma.az
close
up
RU
“Həmin hadisədə Aygün Kazımova yanımda oldu, dostluğunu, mərdliyini isbat etdi” ÖZƏL+FOTO

“Həmin hadisədə Aygün Kazımova yanımda oldu, dostluğunu, mərdliyini isbat etdi” ÖZƏL+FOTO

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

“Aygün Kazımova haqqında danışmaq çox çətindir. Çünki hardan başlasam deyirəm ki, bu da azdır, bu da azdır, belə deyil, daha çoxunu deyə bilərəm. Bir kəlmə ilə fikrimi ifadə edəcəm. İnsan adının haqqını elə gözəl verir ki.. Bu adı elə gözəl daşıyır ki.. O adı layiqincə daşıyan, layiqincə haqqını verən bir insan barədə nə deyəsən?! Ay-Gün! Ay da vaxtı-vaxtında çıxır, öz işığını, nurunu saçır, günəş də! Bu insan daim işıq saçır. Bax bundan nə deyəsən? Hər zaman bax belə olsun! Sevgi dolu qadındır! İçində işıq dolu bir qadındır. İşıq saçan qadındır. Nə deyim mən? Tanrı artıq onu mükafatlandırıb!”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış teleaparıcı Afaq Gəncəli deyib. O daha sonra əlavə edib:

“Aygün Kazımovanın ən böyük jesti mənə dəstəyi, dostluğunun isbatı olub. Bunu da isbat etdi, yanımda oldu. Həmin hadisəni danışmayacam. Amma hər zaman söyləyirəm ki, bu insan mərddir, mərdliyi ilə də hər şeyi isbat etdi. Odur-budur mən bu insan mərd xanımdır deyirəm. Bir insanda da mərdlik varsa, o insanda şəxsiyyətlik, o insanda insani keyfiyyət də olur. Əgər bunlar yoxdursa mərdlik də yoxdur. Çünki mən hər adamda bunu görə bilmirəm. Amma onda var. Buna görə onu çox sevirəm. Dostluğa sadiqdir” deyə Afaq Gəncəli bildirib.

Afaq Gəncəli bildirib ki, Aygün Kazımovaya hərs etdiyi “Afaqla onlar” verilişi bu axşam saat 22:00-da Atv-də yayımlanacaq:

“Nə xoş ki, Aygün xanım yalnız bizim verilişi seçdi, doğum gününü bizim verilişdə qeyd etdi. Təəssüratlarını deyə bilərəm ki, çox bəyəndi. Biz onu kövrəltmədik, sadəcə duyğulandırdıq. Bilirəm ki, nəyi sevir, nəyə toxunmaq olar? Necə onu təəccübləndirmək olar? Bu insanı təəccübləndirmək çox çətindir. Çünki Aygün xanım yetəri qədər bu həyatda, bu sənətdə təəccüblənib. Amma bacardıqsa nə xoş bizə. “Etiraf” klipini bizdə təqdim etdi. Mən ona klip yox, film deyərdim. Çox böyük və gözəl bir layihədir. Həyat layihəsidir deyərdim. Hər şey ürəyincə, könlüncə oldusa nə gözəl! Sənət dostları onu təbrik etdi. Ən xoş anları ona yaşatdıqsa demək ki, nəyisə bacardıq. Verilişdə yəqin ki, hər şey bəlli olacaq. Onun emosiyaları, sevinci, duyğulanmağı.. O bütün bunlara layiqdir. Verilişin təkrarı bazar ertəsi, saat 15:00-da efirə gedəcək. Bu gün izləyə bilməyənlər sabah izləyərlər” deyə Afaq Gəncəli bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Yanvar 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri