Həmin hadisədən sonra Seda Sayanın verilişinə getmirəm
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla münasibətlərinin illər əvvəl baş verən hadisədən sonra pozulduğunu deyib.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Sevilən səhər” proqramında danışıb. Günel bildirib ki, Seda Sayanın proqramında Azərbaycan musiqisi haqqında danışarkən “Sarı gəlin” mahnısını ifa etmək istəyib, lakin sözləri səhv salıb. Onun sözlərinə görə, Seda bu səhvinə görə ona xoş münasibət göstərməyib.
Müğənni isə Seda Sayana cavab olaraq “Sən biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək” dediyini söyləyib.
Günel qeyd edib ki, həmin hadisədən sonra Seda Sayanın verilişinə qatılmır və onunla münasibət saxlamır:
“Kinliyəm. Bunu ilk dəfədir deyirəm. Küsülü deyiləm, amma heç vaxt verilişinə çıxmıram. Bir dəfə məclisdə olduq, onu təqdim etməyimi istədilər, etdim”.
Qeyd edək ki, Seda Günelə "Korlanmış türkcənlə danışma" sözlərini demişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 14 Oktyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















