Həmin hadisədən sonra Yaponiya ərazisi şərqə doğru sürüşüb
Icma.az, Olke.az saytına istinadən bildirir.
Amerikalı və fransız seysmoloqlar 2011-ci ildə baş verən güclü zəlzələ zamanı Yaponiyanın bütün ərazisinin şərqə doğru 5-6 millimetr süründüyü qənaətinə gəliblər.
"Ölkə.az" xəbər verir ki, zəlzələ Yerin nüvəsinə çatan və oradan əks-səda verərək ölkənin altındakı litosfer tavalarının yerini dəyişməyə məcbur edən dalğalar yaradıb.
Məqalədə qeyd olunur ki, 2011-ci ilin martında Xonsu adasının sahillərində baş verən güclü zəlzələdən sonra faktiki olaraq bütün Yaponiya qeyri-adi şəkildə yerindən tərpənib.
Çikaqo Universitetinin dosenti Pak Son-yenginin rəhbərlik etdiyi alimlər qrupu bu hadisəni zəlzələ zamanı Yaponiyadakı minlərlə seysmik stansiyadan və çoxlu sayda yüksək dəqiqlikli GPS-sensorlardan əldə edilən məlumatları öyrənərkən aşkar edib. Seysmoloqlar keçmişdə təkanların belə nəticələri ilə qarşılaşmamışdılar.
Bir neçə tektonik tavanın eyni vaxtda hərəkəti əsas təkan formalaşdıqdan təxminən 13 dəqiqə sonra baş verib. Həmin vaxt seysmik stansiyalar qərbdən şərqə doğru istiqamətlənən qeyri-adi sürüşmə dalğası qeydə alıb. Tədqiqatçılar müəyyən ediblər ki, titrəyişlər zəlzələnin ilk təkanının yaratdığı seysmik dalğaların bir neçə dəqiqə ərzində Yerin nüvəsinə çatması, oradan əks olunaraq səthə qayıtması nəticəsində yaranıb. Nəticədə Sakit okean, Oxot, Avrasiya və digər litosfer tavaları arasındakı sərhədlər aktivləşərək onların kəskin şəkildə sürüşməsinə səbəb olub.
Alimlər vurğulayıblar ki, əvvəllər seysmik təhlükə proqnozları hazırlanarkən "superzəlzələlərin" işə düşməsinin belə bir ssenarisi nəzərdən keçirilməyib.(Publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 19 İyun 2026 04:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















