Həmin hücuma görə Rusiyanı ittiham etdi
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qara dənizdə ticarət gəmisinə pilotsuz uçuş aparatı ilə hücum Rusiya tərəfindən eskalasiya prosesinin bir hissəsidir.
“Qafqazinfo” “Mediafax”a istinadən xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan Qara dənizdə Rumıniya sahilləri yaxınlığında ticarət gəmisinin batmasını şərh edərkən bildirib.
“Bildiyiniz kimi, dünən biz Ali Milli Müdafiə Şurasının iclasını məhz bu mövzuda keçirdik. Oktyabrın 20-də bizimlə Bolqarıstan tərəfinin xahişi ilə NATO-nun müvafiq komitəsinin bu vəziyyətə həsr olunmuş iclası baş tutdu. İndi biz əlavə avadanlıq alacağıq. Aydındır ki, bu hadisə Rusiyanın Ukraynadakı müharibə kontekstində həyata keçirdiyi eskalasiyanın bir hissəsidir”, - Nikuşor Dan söyləyib.
Xatırladaq ki, bu gün Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşları olan ticarət gəmisi batıb. “KHORYV” adlı gəmidə 13 nəfər olub ki, onlardan 10-u Ukrayna, 3-ü isə Azərbaycan vətəndaşıdır. Dron hücumu nəticəsində gəmidə olan 1 nəfər həlak olub, 3 nəfər itkin düşüb, daha 9 nəfər isə xilas edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 23 Oktyabr 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















