Icma.az
close
up
RU
Həmin “Kəpəz” və yevlaxlılardan gözlənilməz start

Həmin “Kəpəz” və yevlaxlılardan gözlənilməz start

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Kəpəz” Premyer Liqada növbəti məğlubiyyətini yaşayıb. Gəncə təmsilçisi nominal meydan sahibi kimi çıxdığı matçda bu ildən elitada mübarizə aparan “Karvan-Yevlax”la bacarmayıb.

Oyuna “Kəpəz” daha yaxşı başlasa da hücum cəhdləri alınmır, sonluq çatışmırdı. Əvəzində Yevlax təmsilçisi sürətli hücumlarla “sarı-göylər”ə çətinlik yaşadırdı. Birinci hissədə penaltidən fərqlənən və fasiləyə öndə yollanan “Karvan-Yevlax” işi böyük ölçüdə həll etmişdi. Hesabda geri düşən, oyun üslubunu hələ formalaşdırmaya bilməyən “Kəpəz”də ciddi azarkeş narazılığı da var idi. Fanatlar fasilədə komandanı yanına çağırıb, etirazlarını bildirdi. “Kəpəz”dən mübariz oyun gözləyən fanatlar ikinci hissəyə ümidli idi.

Ancaq “Karvan-Yevlax”ın yenidən fərqlənməsi “Kəpəz”də ruh düşkünlüyünə, tələskənliyə səbəb oldu. Bir neçə hücum da məhz bu səbəbdən yarımçıq qalırdı. Futbolçuların fərdi səhvlərə yol verməsi kəsərli hücuma əngəl idi.

Düzdür, “Kəpəz” iki qol vurdu, intriqanı son saniyəyə qədər saxladı, lakin yekunda xalsız qaldı. Komandada yarımmüdafiədə ciddi problemlər var. Oyunu geridən irəli aparmaq vəzifəsi olan Mahammadu Ba da gözləniləni vermirdi. Bəlkə də, oyunun ən çox top itkisinə yol verən oyunçusu da məhz o oldu.

Tək yarımmüdafiə deyil, hücumda və müdafiədə də çatışmazlıqlar müşahidə olundu. “Karvan-Yevlax” 3 qol vurdusa, daha 3 qol şansını da qaçırdı.

Debütant ikinci oyunda qələbə qazanaraq, xallarını 4-ə çatdırdı. “Kəpəz” isə hələ də xalsızdır. Komandanın durumdan necə çıxacağı maraqlıdır. Gəncə təmsilçisində son illərin ssenarisi təkrarlanır – ardıcıl məğlubiyyətlər, son sıralarda möhkəmlənmək…

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Avqust 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri