“Həmin kompensasiya azərbaycanlıların evləri üçün verilməyib”
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
“Guya Ermənistan qərbi azərbaycanlılara kompensasiya ödəyib. Ermənistanın bu açıqlaması həm həqiqətin, həm də rəqəmlərin təhrifidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Birincisi, Ararat Mirzoyanın dediyi kimi, 170 min deyil, 300 min azərbaycanlı etnik təmizləmə siyasətinə məruz qalıb. İkincisi, həmin kompensasiya azərbaycanlıların evləri üçün verilən kompensasiya deyil. Çünki 1988-ci il dekabrın 7-də Spitak şəhərində zəlzələ baş verdi. 1988-ci ildə müstəqil Ermənistan Respublikası yox idi. Həmin vaxt zəlzələ baş verən ərazidə yaşayan azərbaycanlılara evlərinin təmir edilməsi üçün SSRİ büdcəsindən zəlzələnin vurduğu zərərin aradan qaldırılması üçün müəyyən kompensasiyalar verildi. Amma o ödənilən kompensasiya xərcləndikdən, təmir edildikdən sonra ermənilər tərəfindən mənimsənildi və azərbaycanlıların mülkiyyət hüququ tapdalandı”, - deyə millət vəkili əlavə edib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 03 Fevral 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















