Icma.az
close
up
RU
Həmin kursla müqaviləyə xitam verildi Video Yenilənib

Həmin kursla müqaviləyə xitam verildi Video Yenilənib

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəran şəhərində yerləşən “Kaspi kids” məktəbəqədər hazırlıq kursunda müəllim azyaşlı şagirdə şiddət göstərib.

“Qafqazinfo” Cenublu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntüdə müəllim uşağı qəfil yerindən qaldırır, digər azyaşlını su qabını əlində tutmağa məcbur edir. Ardından məhz onun əli vasitəsilə uşağın başına zərbə endirir.

Məlumata görə, hadisə nəticəsində uşaq baş nahiyəsindən xəsarət alıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır: “Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

***

Lənkərandakı “Kaspi Kids” məktəbəqədər hazırlıq mərkəzində baş verən hadisə ilə bağlı Kaspi Təhsil Şirkəti açıqlama verib:

“Lənkəran bölgəsində fəaliyyət göstərən təhsil müəssisəsində baş vermiş xoşagəlməz halla bağlı video paylaşılıb. Bu hadisə bizi son dərəcə məyus edib və dərin narahatlıq doğurub.

Məlumat vermək istərdik ki, məktəbəqədər hazırlıq xidməti təqdim edən həmin müəssisə “Hirkan Hazırlıq Kursu” MMC tərəfindən idarə olunur. “Hirkan Hazırlıq Kursu” MMC, “Kaspi Kids” brend adından istifadə üçün françayzinq müqaviləsinə əsasən rəsmi icazə ilə fəaliyyət göstərir. Françayzinq, bölgələrdəki kiçik sahibkarlıq subyektlərinə dəstək vermək üçün tətbiq etdiyimiz biznes modelidir.

Diqqətinizə çatdırırıq ki, bu kimi hallar təhsil müəssisəsinin prinsiplərinə və dəyərlərinə tamamilə ziddir. Bu səbəblə baş verən hadisə dərhal araşdırılmış, “Kaspi Kids” brendinin təhsil keyfiyyəti prinsiplərinə uyğun fəaliyyət göstərmədikləri üçün “Hirkan Hazırlıq Kursu” MMC-nin françayzinq müqaviləsinə xitam verilib. Çünki, bu cür xoşagəlməz, pedaqoji prinsipimizə sığmayan hallar “Kaspi Təhsil Şirkəti”nin fəaliyyət prinsiplərinə ziddir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 May 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri