Icma.az
close
up
RU
Menu

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Həmin marşrut üzrə gedişhaqqının formalaşması... ADY

Həmin marşrut üzrə gedişhaqqının formalaşması... ADY

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Son illərdə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən sərnişindaşıma sahəsində bir sıra yeniliklər həyata keçirilib. 2023-cü ildə Bakı-Gəncə-Bakı marşrutunun Ağstafaya qədər uzadılması, həmin il Azərbaycan dəmir yolları tarixində ilk dəfə Bakı-Qəbələ-Bakı reysinin açılması, 2024-cü ildə isə yeni qatarların istifadəyə verilməsi və Bakı-Ağstafa-Bakı marşrutu üzrə reyslərin 2-dən 4-ə çatdırılması, Ləki və Ucar stansiyalarına dayanacaq verilməsi bu yeniliklər sırasındadır. Bu ilin əvvəlindən isə Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişindaşımaya start verildi. Bu reysin açılması cəmiyyətdə müsbət qarşılandı, eyni zamanda, bəzi məsələlər, o cümlədən gedişhaqqı kimi mövzular aktuallaşdı.

Globalinfo.az bildirir ki, Bakı-Balakən-Bakı marşrutu üzrə AZƏRTAC-ın bu və digər suallarını ADY-nin Sərnişin daşımaları departamentinin rəhbəri Azər Fərəcov cavablandırıb.

– Azər müəllim, pandemiya səbəbindən son illərdə, xüsusilə son 5 ildə bir çox sahələrdə, o cümlədən nəqliyyat sektorunda dəyişikliklər baş verib, həmçinin xidmətlər bahalaşıb. Bu dəyişikliklər dəmir yolu sahəsinə necə təsir göstərib?

– Son illərdə dünya dəmir yolu sənayesində müxtəlif amillər səbəbindən əməliyyat xərcləri əhəmiyyətli dərəcədə bahalaşıb. Bahalaşmanın əsas səbəblərindən biri dəmir yolu infrastrukturunun istismarı, saxlanması və modernləşdirilməsi xərclərinin artması, enerjinin bahalaşması, eləcə də əməkhaqlarının artırılması zərurətidir. Ümumiyyətlə, son 5 ildə həm hava, həm də dəmir yollarında biletlərin dünya üzrə qiymətləri orta hesabla 110 faizə yaxın artıb. Dizelin qiymətində son 5 ildə 67 faiz (2019-cu ildə 0,6 manat, hazırda 1 manat), elektrik enerjisi (qeyri-əhali) tarifində isə 22 faiz (2019-cu ildə 0,09 manat, hazırda isə 0,11 manat) artım olub. “Azərbaycan Dəmir Yolları“ QSC-nin da son illərdə xərcləri müxtəlif istiqamətlərdə artıb. Artan xərcləri kompensasiya etmək üçün dəmir yollarında tariflərə yenidən baxılıb. Bundan əlavə, Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qiymətlər yenidən formalaşdırılıb.

– Xərclərin artması yəqin ki, yeni açılmış Bakı–Balakən–Bakı marşrutu üzrə səyahət qiymətlərinə də təsir edib…

– Bəli, xərclərin artması səbəbindən ADY yanvarın 3-dən bərpa etdiyi Bakı–Balakən–Bakı marşrutu üzrə gedişhaqqı tariflərinə də dəyişiklik edib. Tariflərə dəyişiklik edilərkən Bakı–Balakən–Bakı marşrutu üzrə istifadə olunan vaqonların əsaslı təmiri, təmir üçün ehtiyat hissələrinin xarici şirkətlərdən alınması, həmçinin yol infrastrukturunun, stansiya, dayanacaqların təmiri, qatarların, stansiyaların, dayanacaqların təmirdən sonra saxlanması xərcləri, həmçinin 2019-cu illə müqayisədə kommunal xərclərin, işçilərə ödənilən əməkhaqqının, vergilərin artması, vaqonlar üçün yataq dəstlərinin yenidən alınması, davamlı yuyulması xidməti və bu kimi digər xərclər nəzərə alınıb. 2024-cü ilin 6 ayında dəmir yolu infrastrukturu xərcləri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 202 faiz artıb. 2024-cü ildə bələdçilərin əməkhaqqı 2019-cu illə müqayisədə 82 faiz yüksəlib.

Bundan başqa, 2024-cü ildə dartı xərcləri 2019-cu illə müqayisədə 22 faiz, 2024-cü ildə yataq dəstlərinin yuyulması xərcləri isə 2019-cu illə müqayisədə 147 faiz artıb. Təkcə bu sadalananlar üzrə xərclərin artımı orta hesabla 113 faiz təşkil edir. Yəni Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişindaşımada 5 illik fasilə olduğu üçün yeni qiymətlər bəlkə də buna görə bəzi sərnişinlərə yüksək görünür, lakin fasilə olmasaydı belə, bu xətt üzrə tariflər indiki həddə çatacaqdı. Qiymət həm də ümumi xərclər, o cümlədən xidmətə görə (qatarda rahat gecələmək üçün hər cür şəraitin olması, yataq dəstinin təqdim olunması, siniflər üzrə fərqli xidmətlər) formalaşdırılır.

– Bakı-Balakən-Bakı reysinin açılması üçün başqa hansı işlər görüldü?

– Bakı-Balakən dəmir yolunda təmir işlərinin aparılmasına ehtiyac yaranmışdı. Ümumiyyətlə, ADY dəmir yollarının bərpasını mərhələli şəkildə həyata keçirir. Bundan başqa, infrastrukturun təkmilləşdirilməsi, təhlükəsizliyin və əməliyyat səmərəliliyinin artırılması üçün qabaqcıl texnologiyaların tətbiqi də əhəmiyyətli investisiya tələb edir. Daha davamlı və avtomatlaşdırılmış sistemlərə keçid uzunmüddətli perspektivdə faydalı olsa da, ilkin olaraq kapital xərclərinin artmasına səbəb olur. Dövrün çağırışlarına və ekoloji məqsədlərə cavab vermək üçün elektrikləşdirmə və rəqəmsallaşma kimi sahələrə böyük sərmayələr tələb olunur. Uzunluğu 164 kilometr olan Yevlax-Balakən xəttində ADY-nin daxili resursları hesabına 2023-cü ilin noyabrında genişmiqyaslı təmir işlərinə başlanılıb. Təmir zamanı sahədə olan yararsız şpallar, relslər, bağlayıcılar dəyişdirilib, həmçinin qüsurlu süni qurğularda, qorunmayan keçidlərdə müxtəlif növ təmir işləri aparılıb, çatışmayan yol nişanları əlavə olunub. Təmir işləri başa çatdırıldıqdan sonra qatarların təhlükəsiz hərəkəti təmin olunub və hərəkət sürəti artırılıb. Pandemiyadan öncə qatar Bakıdan Balakənə 9 saat 35 dəqiqə çatırdısa, hazırda bu müddət 1 saat 15 dəqiqə azaldılıb.

– Bakı-Balakən-Bakı reysi üzrə qatarlarda sərnişinlərə hansı xidmətlər təqdim olunur?

– İlk növbədə qeyd edim ki, “Azərbaycan Dəmir Yolları” QSC transformasiya prosesindən keçib. Bununla da ADY həm texniki standartlar, həm də müştəri xidmətləri standartları, təhlükəsizliyin təmini və müştəri məmnuniyyətinin artırılması baxımından yeni səviyyəyə keçib. Bu məqsədlə Bakı-Balakən-Bakı marşrutu üzrə əvvəllər mövcud olan PL, KP, SV tipli yerlər standart, standart+ və biznes yerlər kimi dəyişdirilib və hər bir sinif üçün yeni xidmətlər (səfər dəsti, keytrinq xidməti, “Wi-Fi” və s.) müəyyən edilib. Bu xidmətlər digər marşrutlarda olduğu kimi biletin qiymətinə daxildir. Bakı-Balakən-Bakı marşrutu üzrə standart sinfə əlavə xidmətlər – səfər dəsti (qazsız su, nəm və quru salfet, qulaq tıxacı), yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü) + dəsmal daxildir.

Qatarla daha komfort şəraitdə səyahət etmək sərnişinlərə standart+ və biznes sinifləri də təklif edilir. Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər standart+ sinif üzrə 23,9 manat, biznes sinif üzrə 63,3 manat, Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər standart+ sinif üzrə 23,9 manat, biznes sinif üzrə 67,7 manat, Balakən stansiyasına minimum qiymətlər standart+ üzrə 27 manat, biznes sinif üzrə 72 manatdır.

Əslində, standart+ və biznes siniflər üzrə yerlər və müvafiq olaraq biletlərin sayı çox deyil. Biznes sinif 2 nəfərlik olduğu üçün bu da qiymətə təsir edir. Belə ki, digər sinifdə – standart+da yerlər 4 nəfərlikdir.

Biznes sinfə səfər dəsti (qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası, daraq, dabankeş, tərlik, bəylər üçün ülgüc dəsti / xanımlar üçün kosmetik əşyalar), yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü) + dəsmal və qidalanma (səhər yeməyi; kükü; çay / kofe limitsiz; keks), standart+ sinfə isə səfər dəsti (qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası), yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü) + dəsmal və qidalanma (sendviç; meyvə şirəsi; çay / kofe 1 dəfə ödənişsiz) daxildir.

Sərnişinlər Bakıdan Balakənə qədər 11 stansiya və dayanacaqdan istifadə edirlər – Bakı, Biləcəri, Yevlax, Şəki, Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən.

Daha bir xidmət “Stadler” qatarları ilə müqayisədə sərnişinin yataq tipli qatarlarda özü ilə pulsuz olaraq daha çox yük aparmasına imkan verilməsidir. Bakı–Balakən–Bakı qatarlarında Standart və standart+ sinifləri üçün ödənişsiz yük həcmi 36 kiloqramdır, biznes sinif üçün isə 50 kiloqramdır. Bu, “Stadler” qatarlarında 23 kiloqramdır.

– Bakıdan Şəki, Qax, Zaqatala, Balakən istiqamətlərində digər nəqliyyat vasitələri ilə də sərnişindaşıma həyata keçirilir. Bu bölgələrə qatar reyslərinin açılması sərnişinlərə nə kimi imkanlar verəcək?

– Dəmir yolları yeganə kritik nəqliyyat vasitəsi deyil. ADY olaraq ölkəmizin nəqliyyat şəbəkəsində biz daha bir alternativ təqdim edirik. Bu da bölgələrdə nəqliyyatın mobilliyinin, əlçatanlığının təmin edilməsinə xidmət edir. Məlum olduğu kimi, Bakıdan Balakənə avtobus, mikroavtobus və taksilər də sərnişindaşıma xidməti göstərir. Ümumilikdə, qatar ilə avtomobil nəqliyyatı vasitələrində gedişhaqqı qiymətinin müqayisəsi tam doğru yanaşma deyil. İlk növbədə, nəzərə almaq lazımdır ki, qatar daha komfortludur və qatarda səfər daha təhlükəsizdir. Əlavə olaraq, gecə qatarları ilə səyahət həm rahat yatıb dincəlmək, həm də gecələmə xərclərinə qənaət etmək imkanı verir.

Bundan başqa, əlverişsiz hava şəraiti, yolda hər hansı gözlənilməz hadisə (qəza və s.) avtomobil nəqliyyatı vasitələrinin mənzil başına gecikmə ilə çatması ilə nəticələnir. Lakin qatarın öz yolu var və burada hərəkətə mane olan amillər digər nəqliyyat vasitələri ilə müqayisədə daha azdır. Qiymətlərə nəzər saldıqda aydın olur ki, qatarla səyahətin minimum qiyməti, əslində, avtobusla eyni istiqamətdə səyahətin qiymətindən çox da fərqlənmir, digər avtomobil nəqliyyatı vasitələrində gedişhaqqı ilə müqayisədə isə aşağıdır. Halbuki, yuxarıda da göstərildiyi kimi, dəmir yolları ilə sərnişindaşımanın təşkili xərcləri daha yüksəkdir. Avtomobil nəqliyyatı vasitələrindən fərqli olaraq, qatarlarda sərnişinlərə səyahət seçimi imkanı yaradılır, başqa sözlə, sərnişin komfort sinfini özü seçə bilir.

Bakıdan Şəkiyə və Qaxa gedişhaqqı avtobusla müvafiq olaraq 13,39 və 14,81 manat, mikroavtobusla (“Vito”) 20 manatdır. Şəkiyə çatma müddəti 5 saat, əlverişsiz hava şəraitində isə 5 saat yarım təşkil edir, Qaxa isə 5 saat – 5 saat yarım, əlverişsiz hava şəraitində isə 6 saat təşkil edir. Taksi ilə Şəki və Qaxa gedişhaqqı 25 manatdır. Qatarla isə Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymət standart sinif üzrə 14,8 manatdır.

Bakıdan Zaqatalaya və Balakənə gedişhaqqı avtobusla 15,82 və 16,84 manat, mikroavtobusla 25 manatdır. Zaqatalaya çatma müddəti 5 saat yarım – 6 saat, əlverişsiz hava şəraitində isə 6 saat yarım, Balakənə isə 6 saat – 6 saat yarım, əlverişsiz hava şəraitində isə 7 saat təşkil edir. Taksi ilə Zaqatala və Balakənə səfər 25-30 manat təşkil edir. Qatarla isə Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymət standart sinif üzrə 16,4 manat, Balakən stansiyasına isə 18 manatdır.

O ki, qaldı dəmir yolu stansiya və dayanacaqlarının bəzi rayonlarda yaşayış məntəqələrindən bir qədər kənarda yerləşməsinə, qatarlar dəmir yolu stansiyalarında dayandığı kimi, avtobuslar da avtovağzallarda dayanır. Yəni sərnişinlər avtovağzala gəlmək üçün müəyyən məsafə qət etdikləri kimi, dəmir yolu stansiyalarına qədər də müəyyən məsafə qət edirlər.

Sadalanan bu və digər amillər, o cümlədən xidmət keyfiyyətinin artırılması tələbi dəmir yolu nəqliyyatı ilə sərnişindaşımada gedişhaqqının yenidən formalaşdırılmasına zərurət yaradıb, tariflər müəyyənləşdirilərkən mövcud reallıq nəzərə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:293
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see342

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see291

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see278

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see271

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see268

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see244

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see240

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see232

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see227

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see222

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see220

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see211

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see203

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see197

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see182

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see173

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see173

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see173

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri