Icma.az
close
up
RU
“Həmin mesajlarla saytlara hücumun mənbəyini müəyyən etmək olmaz”

“Həmin mesajlarla saytlara hücumun mənbəyini müəyyən etmək olmaz”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bu gün Azərbaycanın bir neçə aparıcı xəbər saytı – “Report.az”, “Oxu.az”, “Baku.ws”, “Baku tv”, “Media.az” və “Caliber.az” kiberhücumlara məruz qalıb. Hazırda adıçəkilən resurslara giriş mümkün deyil. Hücumun eyni anda və eyni üsulla həyata keçirilməsi onun koordinasiyalı və məqsədyönlü olduğunu göstərir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, kiberhücum edənlərin saytlara yerləşdirdikləri mesajlar hücumun mənbəyini müəyyən etmək üçün əsas ola bilməz: “Hücumun haradan və kim tərəfindən edildiyini müəyyənləşdirmək üçün aidiyyəti qurumlar və saytların kibertəhlükəsizliyinə cavabdeh mütəxəssislər birgə araşdırma aparmalıdır. Xüsusilə diqqətçəkən məqam odur ki, bir neçə gün əvvəl Azərbaycanın aparıcı televiziya kanallarından biri – İTV-nin saytı da kiberhücuma məruz qalmışdı. Bu ardıcıl hücumlar göstərir ki, hansısa maraqlı qüvvələr Azərbaycanın informasiya məkanını zəiflətməyə və təsir altına salmağa çalışır. Əlbəttə, burada texniki amillər də nəzərə alınmalıdır. Ola bilər ki, hakerlər eyni sistemə bağlı media resurslarının zəifliklərini aşkar edərək onları hədəfə alıblar. Lakin hücumun xarakterinə əsasən ehtimal etmək olar ki, məqsəd daha çox informasiya sahəsinə təsir göstərmək, ictimai fikrə müdaxilə etməkdir”.

O.Gündüzün sözlərinə görə, geniş oxucu kütləsinə malik xəbər resursları milli informasiya resurslarıdır, onların kibertəhlükəsizliyi gücləndirilməli, müdafiə sistemləri yenilənməli və mümkün hücum ssenarilərinə qarşı proaktiv tədbirlər görülməlidir: “Əks halda, bu cür hücumlar davam edə və daha ciddi fəsadlara səbəb ola bilər. Azərbaycanda son bir neçə ildə kiber sektorda, xüsusilə də dövlət sektorunun kibertəhlükəsizliyi sahəsində çox böyük işlər görülüb. Kritik sektorun təhlükəziliyi ilə bağlı ciddi infrastruktur qurulub və bu işlər davam etdirilir. Amma biznes sektoru, media sahəsinin və vətəndaş cəmiyyəti sahəsinin kibertəhlükəsiziliyi ilə bağlı görüləcək işlər daha çoxdur. Fikrimizcə, MEDİA və Elektron Təhlükəsizlik Xidməti onlayn media resurslarının kibermüdafiəsini gücləndirmək üçün daha fəal rol oynamalıdır. Ümumiyyətlə, bu qurumların onlayn media sektorunun təhlükəsizliyinin təmin etmək istiqamətindəki səylərini yetərli hesab etmək olmaz. Media resurslarının sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır. Yaxşı mütəxəssislər cəlb etməli, onların peşəkarlığının artırılmasına da resurslar ayrılmalıdır”.

“Müasir yanaşmalar kibertəhlükəsizliyə daha ciddi diqqət ayrılmasını, bu sahəyə investisiyaların yatırılmasını və daha peşəkar mütəxəssislərin cəlb olunmasını tələb edir. Bütün bunlar isə böyük maliyyə resursları tələb edir, lakin bəzi media qurumlarının bu sahədə imkanları olmaya bilər. Ona görə də milli informasiya resurslarının kibertəhlükəsizliyinin qorunmasına dövlət tərəfindən real dəstək verilməlidir”, - deyə Osman Gündüz əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Fevral 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri