Həmin ordeni Polşaya qaytardı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Ukrayna Prezidenti Volodimir Zelenski “Ağ Qartal” ordenini Polşaya qaytarıb.
“Qafqazinfo” “Polsat News”a istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Karol Navrotskinin mətbuat katibi Rafal Leskeviç bildirib.
“Orden geri qaytarılıb. Bu gün biz onu prezident dəftərxanasından götürdük. Geri qaytarılmış orden saxlanılması üçün Mükafatlar və Təyinatlar İdarəsinə təhvil veriləcək. Konkret bu orden bundan sonra heç kimə təqdim olunmayacaq”, - mətbuat katibi deyib.
Leskeviç əlavə edib ki, Polşa Ukrayna ordusunun hərbi bölmələrindən birinə “UPA qəhrəmanları” adının verilməsinə biganə qala bilməzdi.
Xatırladaq ki, daha əvvəl K.Navrotski V.Zelenskini ölkənin ən yüksək mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edib. O bu qərarını Ukrayna Silahlı Qüvvələrinin bir bölməsinə “UPA qəhrəmanları” adının verilməsi ilə izah edib. Zelenski iyunun 20-si “Ağ Qartal” ordenini poçtla geri göndərmişdi.

Baxış sayı:101
Bu xəbər 23 İyun 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















