Həmin qətli ilə bağlı rəis də cinayət məsuliyyətinə cəlb olundu FOTO
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Naxçıvanda itkin düşdükdən sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı həbs edilən komandirinin ibtidai istintaqı tamamlanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, istintaqın gedişində komandir polkovnik Samir Həziyevdən əlavə, hərbi-hissənin tibb xidməti rəisi Aydın Quliyev də cinayət məsuliyyətinə cəlb edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham verilib.
Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, C. Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 bal toplayaraq ADA Universitetinə qəbul olunub. Bu ilin iyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçumuzun nəşi 2 gün sonra səhər saatlarında tapılıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 06 Dekabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















