Icma.az
close
up
RU
​“Həmin qurumlar uşaq müdafiə mexanizmini çətinləşdirir”

​“Həmin qurumlar uşaq müdafiə mexanizmini çətinləşdirir”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qəyyumluq və himayə orqanlarının potensialının gücləndirilməsinə ciddi ehtiyac var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu gün keçirilən komitə iclasında müzakirəyə çıxarılan “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanun layihəsinə münasibət bildirərkən deyib. 

“Yerli icra hakimiyyətlərində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları fəaliyyət göstərir. Təcrübədə görürük ki, bu qurumlar uşaq müdafiə mexanizmini çətinləşdirir. Yerli icra hakimiyyətlərində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və qəyyumluq və himayə orqanlarının potensialının gücləndirilməsinə ciddi ehtiyac var. 

Komissiyaların maddi-texniki bazasının zəif olması, ştat vahidlərinin sayının az olması, qəyyumluq və himayə orqanlarının əsasnaməsinin günün tələblərinə cavab verməməsi, uşaq müdafiəsinin yerli səviyyədə operativ təminatına, dövlət-uşaq siyasətinin həyata keçirilməsinə problem yaradır. Bu baxımdan, təqdim olunan qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də reallıqları nəzərə almalıyıq. Təcrübədə yaranmış çətinliyi təhlil edib qanunvericilik müstəvisində effektiv dəyişikliklər etməliyik. Yeni layihəyə əsasən, uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və katiblik yaradılacaq. Komissiyalar müvafiq icra hakimiyyəti orqanları yanında həmin orqan tərəfindən 9-11 nəfərdən ibarət tərkibdə yaradılır”, - deyə komitə sədri bildirib.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see163

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see134

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see131

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see127

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri