Həmin şagirdi hansı cəza gözləyir? Vəkildən AÇIQLAMA
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bildiyimiz kimi, Bakıda orta məktəbin 9-cu sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı yeniyetmələrdən biri sinif yoldaşını bıçaqlayaraq öldürüb.
Yetkinlik yaşına çatmayan şəxs qətl törədərsə, Azərbaycan qanunvericiliyində onu hansı məsuliyyət gözləyir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan vəkil Araz Nurməmmədov bildirdi ki, 9-cu sinif şagirdinin yaşı adətən 15-16 olur:
"Ümumi qayda belədir ki, cinayət məsuliyyəti 16 yaşdan başlayır. Lakin ağır cinayətlərdə, qəsdən sağlamlığa ağır xəsarət yetirmə, qəsdən adam öldürmə və bu kimi ağır və xüsusilə ağır cinayətlərdə cinayət məsuliyyəti yaşı 14-dən başlayır. Əgər şəxsin həqiqətən də 14-15 yaş aralığında yaşı varsa və yetkinlik yaşına çatmayıbsa, ona təyin olunan cəza ümumilikdə 10 ildən artıq ola bilməz. Qanun yetkinlik yaşına çatmayan şəxslər üçün maksimum 10 il cəza nəzərdə tutur. Ümumiyyətlə, yetkinlik yaşına çatmadan cinayət törətmiş şəxslərə cinayətin xarakterindən və növündən asılı olmayaraq ömürlük cəza tətbiq edilmir. Onların saxlanma müəssisələri də fərqli olur. Yetkinlik yaşına çatmayan şəxslər, ilk növbədə, xüsusi təlim-tərbiyə müəssisələrində, xüsusi tərbiyə müəssisələrində cəzalarını çəkirlər. Yetkinlik yaşına çatdıqdan sonra isə ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilə bilərlər. Bundan başqa, yetkinlik yaşına çatmayanların istintaq və məhkəmə dövrü də müəyyən qədər fərqli olur. Onların dindirilməsi zamanı nümayəndəsinin, qəyyumunun, eyni zamanda zərurət olduğu halda pedaqoq və psixoloqun iştirakı qanunla məcburidir".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 06 Oktyabr 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















