“Həmin səhvlərin üzərində işləməyə başlayırıq” Abdullayev
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev Özbəkistanda keçirilən təlim-məşq toplanışı barədə AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis toplanış haqda bunları deyib:
“Noyabrda Maltada baş tutacaq Avropa çempionatının seçmə mərhələ oyunlarından öncəki son təlim-məşq toplanışımızı keçirik. Özbəkistanla iki yoxlama oyunu keçirəcəyik. Rəqib çox güclü komandadır. Bu matçlarda gücümüzü sınayacağıq və seçmə mərhələyə nə dərəcədə hazır olduğumuzu görəcəyik. Həmişə güclü komandalarla qarşılaşmağın tərəfdarı olmuşam. Çünki belədə çatışmazlıqlarımızı görürük və həmin səhvlərin üzərində işləməyə başlayırıq. Bəzi futbolçularımız U-21 millimizə dəvət alıblar. Bu səbəbdən Özbəkistanla görüşlərdə yeni oyunçulara da şans verəcəyik. Səfərdən yaxşı nəticələrlə dönməyə çalışacağıq”.
Qeyd edək ki, U-19 millimiz toplanış çərçivəsində oktyabrın 9-da və 12-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 01 Sentyabr 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















