Həmin sənədi alarkən rüsum tələb edilməyəcək
Icma.az, Milli.az saytına istinadən bildirir.
Daxili karantin sertifikatının verilməsinə görə dövlət rüsumu tutulmayacaq.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Fitosanitar nəzarəti haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Daxili karantin sertifikatı ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti barədə fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada verilən rəsmi sənəddir.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.
Milli.Az
Baxış sayı:70
Bu xəbər 11 Aprel 2025 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















