“Həmin sənədi yekunlaşdırırıq, ümid edirəm ki, bu, növbəti ay baş tutacaq”
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Hesab edirəm ki, bu gün Azərbaycana faydalı qazıntı növlərinə, bərpaolunan enerjiyə, süni intellektə və məlumatlar mərkəzlərinə sərmayə qoyuluşu Avropa şirkətlərinin marağındadır. Strateji tərəfdaşlıq nizamnaməsinin hazırlanması ilə bağlı işçi qrupun yaradılması haqqında mən və Prezident Tramp tərəfindən tarixi sənədin imzalanmasından sonra Amerika şirkətləri ilə bizim əməkdaşlığımız heç zaman olmadığı qədər intensivləşib. Biz demək olar ki, həmin sənədi, yəni strateji tərəfdaşlıq xartiyasını yekunlaşdırırıq və ümid edirəm ki, bu, növbəti ay baş tutacaqdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Davosda “Euronews” telekanalının təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
“Bərpaolunan enerji mövzusu orada öz əksini tapmayıb, - bunun nə ilə bağlı olduğunu anlayırıq, - ancaq məlumat mərkəzləri, süni intellekt, bağlantı, enerji və bir sıra digər sahələr həmin xartiyaya daxildir. Biz avqust ayının 8-dən etibarən Vaşinqtona və digər şəhərlərə artıq 4 nümayəndə heyəti göndərmişik. Onların hamısı yaxşı nəticələrlə geri qayıdıb və hesab edirik ki, biz ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq - siyasi, iqtisadi, enerji və hətta müdafiə sahəsində. Bu, Azərbaycan üçün Amerika Birləşmiş Ştatlarından birbaşa sərmayə cəlb etməkdə böyük imkanlar yaradacaqdır və ümid edirəm ki, bizim avropalı tərəfdaşlarımız bu məsələdə geri qalmayacaqlar”, - dövlət başçısı əlavə edib.
Baxış sayı:79
Bu xəbər 21 Yanvar 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















