Həmin sənədlərdə Şahzadə ilə bağlı şok detallar üzə çıxdı Fotolar
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan yeni Ceffri Epşteyn sənədlərində Böyük Britaniyanın titullarından məhrum edilmiş Şahzadə Endryu ilə bağlı yeni materiallar yer alıb.
“Qafqazinfo” xəbər verir ki, sənədlərə əvvəllər ictimaiyyətə açıqlanmayan fotoşəkillər və elektron yazışmalar da daxildir.
Yayımlanan görüntülərdə Şahzadə Endryunun yerdə hərəkətsiz vəziyyətdə uzanan, üzü örtülü bir qadının üzərinə əyildiyi və kameraya baxdığı görünür. Eyni faylda yer alan digər fotolarda isə Endryunun qadınla fiziki təmasda olduğu diqqət çəkir. Şəkillərin hansı tarixdə və hansı şəraitdə çəkildiyi ilə bağlı rəsmi açıqlama verilməyib.
Sənədlərdə, həmçinin, cinsi istismar və yetkinlik yaşına çatmayanların fahişəliyə cəlb edilməsi ittihamları ilə mühakimə olunmuş və 2019-cu ildə həbsxanada ölü tapılmış amerikalı milyarder Ceffri Epşteynə aid yeni elektron məktublar da yer alır. Yazışmalardan birində Epşteynin “İşgəncə videosunu çox bəyəndim” ifadəsini işlətməsi diqqət çəkib.
Açıqlanan materiallar göstərir ki, Şahzadə Endryu Epşteyn 2009-cu ildə həbsdən azad edildikdən sonra da onunla əlaqələrini tam kəsməyib. Məlumata görə, Endryu 2010-cu ilin dekabrında Nyu-Yorka səfəri zamanı Epşteynin evində qalıb. Şahzadə Endryu 2019-cu ildə BBC-yə verdiyi müsahibədə həmin səfərin məqsədinin Epşteynlə münasibətlərinə son qoymaq olduğunu iddia etmişdi.
Yeni sənədlərdə isə həmin dövrdə Epşteynin evində təşkil olunması planlaşdırılan şam yeməyi ilə bağlı yazışmalar yer alıb. Elektron məktublarda Vudi Allen, Corc Stefanopulos, Keti Kurik və Çarli Rouz kimi tanınmış şəxslərin adları çəkilir. Lakin bu şəxslərin tədbirdə iştirak edib-etmədiyi məlum deyil.
Xatırladaq ki, Şahzadə Endryu Epşteyn işi ilə bağlı irəli sürülən cinsi istismar iddialarından sonra krallıq vəzifələrindən və titullarından imtina edib. Epşteynin qurbanlarından biri olduğunu iddia edən Virciniya Cuffre daha əvvəl Şahzadə Endryu tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirmişdi. Bu iddialar məhkəmə yolu ilə sübuta yetirilməmişdi.
Epşteyn işi ilə bağlı açıqlanan sənədlərdə ABŞ və beynəlxalq ictimaiyyətdə tanınmış bir sıra siyasətçilərin, iş adamlarının və məşhur şəxslərin adları yer alsa da, ABŞ Federal Təhqiqatlar Bürosu və Ədliyyə Nazirliyi aparılan araşdırmalar nəticəsində “müştəri siyahısı”nın mövcudluğunu təsdiqləyən dəlil tapılmadığını bildirib. Rəsmi qurumlar Epşteynin həbsxanada ölümünü intihar kimi qiymətləndiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 31 Yanvar 2026 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















