Həmin şəxslər bu ölkələrə vizasız gedə biləcək
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanunu təsdiqləyib.
Qanuna əsasən, 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.
Həmçinin dövlət başçısının imzaladığı digər Qanuna əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.
Sözügedən saziş də 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 14 Yanvar 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















