Icma.az
close
up
RU
“Həmin taksi sürücüsü “seyidəm” deyib qızımın saçlarını sığalladı...”

“Həmin taksi sürücüsü “seyidəm” deyib qızımın saçlarını sığalladı...”

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda taksi sürücüsünün iştirakı ilə daha bir hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, insident Nərimanov rayonunda qeydə alınıb.

Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə ərizə ilə müraciət edən qadın bildirib ki, Həsən Əliyev küçəsindən sifariş verdikləri taksinin sürücüsü yol boyu onlarla kobud rəftar edib, qeyri-etik hərəkətlərə yol verib.

Keçirilmiş tədbirlərlə taksi şirkətlərindən birində çalışan 1980-ci il təvəllüdlü F. Məmmədov (şərti) saxlanılıb. O özünü qismən təqsirli bilib, zərərçəkmiş şəxsin qızının başına sığal çəkdiyini, nəticədə aralarında mübahisə yarandığını etiraf edib.

Şikayətçi isə F. Məmmədovun özünü sükan arxasında qeyri-adekvat apardığını bildirib: “Biz hospitaldan çıxanda taksi sifariş etdik. Maşına minib gedərkən sürücü qeyri-etik hərəkətlər etməyə başladı, əlini qızımın başına qoyub saçlarını sığallamağa başladı. Ona irad bildirdikdə isə “seyidəm” deyərək özünə haqq qazandırmaq istədi. Daha sonra mübahisə davam elədi. Avtomobildən düşmək istəsək də, qapıları kilidləyib təyin edilmiş ödənişi etməyimizi tələb etdi və pulu verdikdən sonra maşından düşüb uzaqlaşdıq”.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilən 45 yaşlı sürücüyə Nərimanov Rayon Məhkəməsi 10 sutkalıq həbs verib. O, saxlanma yerinə göndərilib.

Aslan Vəliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 İyun 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri