Həmin təklifdən imtina etdi
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp Kanadanın ABŞ-yə 51-ci ştat kimi birləşdirilməsi ilə bağlı daha əvvəl səsləndirdiyi qalmaqallı təklifindən imtina edib.
“Qafqazinfo” Britaniyanın “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, Tramp bu qərarını Kanadanın köklü tarixi və milli kimliyi ilə əsaslandırıb.
O bildirib ki, kanadalıların 200 illik tarixi və özünəməxsus milli dəyərləri bu prosesi qeyri-mümkün edir:
“Bunu üç il yarıma anlamaq mümkün deyil. Ona görə də düşünmürəm ki, bu, baş versin. Böyük Britaniya Kralı III Çarlz nominal olaraq Kanadanın dövlət başçısı statusunu qoruyub saxlayır və ABŞ tərəfi bu səlahiyyətlərə qəsd etmək niyyətində deyil”.
Xatırladaq ki, ötən ilin yanvarında Tramp Kanadanın ABŞ-yə birləşməsini təklif etmişdi. O iddia edirdi ki, bu addım ticarət tariflərini aradan qaldıracaq, vergiləri azaldacaq və Ottavanı Rusiya ilə Çinin artan təhdidlərindən qoruyacaq. Tramp həmin vaxt vurğulamışdı ki, Kanada ştat olmadığı təqdirdə, Vaşinqtonun bu ölkəni ildə yüz milyardlarla dollar subsidiyalaşdırması mənasızdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 06 Aprel 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















