Həmin tunel tikintisində obyektlər söküləcək? Rəsmi
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
“Bakı Metropoliteni” QSC-nin “qırmızı” və “yaşıl” xətlərin ayrılması çərçivəsində bu il “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik tunel tikiləcək.
Maraqlı suallardan biri odur ki, sözügedən tunel tikilərkən hansısa tikilinin plana düşməsi, sökülməsi, yerinin dəyişdirilməsi nəzərdə tutulubmu?
Globalinfo.az bildirir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bu fikirləri səsləndirib:
“Qeyd edilən tunelin tikilməsi üçün plana düşən, sökülməsi nəzərdə tutulan bir obyekt, tikili və ya qurğu yoxdur”.
Xatırladaq ki, “Cəfər Cabbarlı” – “Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşasına ilin son rübündə başlanılması nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 15 Aprel 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















