Həmin Xalq artisti dedi ki, Elgiz mənim geyimlərimlə efirə çıxıb
Icma.az bildirir, Axsham.az portalına istinadən.
"Efir öncəsi xanım Xalq artisti mənə yığdı ki, gəl, səninlə işim var. Efirə də 2 saat qalmışdı. Getdim onlara. Adını çəkməyəcəyəm. Çay içəndə ehtiyatsızlıq etdim, mürəbbə üstümə töküldüm. Həyat yoldaşının köynəyini gətirdi . Efirə o geyimdə çıxdın. Üstündən 3 ay keçdi. Məclislərin birində məndən söhbət düşəndə həmin Xalq artisti deyib ki, Elgiz mənim geyimlərimlə efirə çıxıb".
Axşam.az xəbər verir ki, bu sözləri Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib. O, ilk efirə çıxdığı zamanlarda müğənni Nadir Qafarzadənin ona etdiyi yardımdan danışıb:
"Mənə Nadir Qafarzadə 5 kostyum verib. Hələ efirlərə təzə çıxırdım. Dedi ki, qarderobumda qəşəng kostyumlarım var, sənə hədiyyə edim. Onları sevə-sevə geyindim. Heç kim də bilmədi ki, bunlar Nadirindir. Nə oldu, zərləri töküldü? Gözünüzdən düşdüm?".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 26 İyun 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















