Icma.az
close
up
RU
Həmişə ayaqda olan xalq artisti...

Həmişə ayaqda olan xalq artisti...

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Qarşımda bir stəkan pürrəngi çay, internetə qoşulu kompyuter və gözəl musiqi sədası- oxuyur xalq artisti Zabit Nəbizadə. Bəli, bu dəfə sizə muğam ustası Zabit bəydən söhbət açmaq istəyirəm...
Deyir ki: “Bu sənətə uşaq vaxtından həvəsim olub. Gözümü açandan ailəmizdə musiqi səsi eşitmişəm. Dayım Musaxan Güləliyev zurna-balaban ifaçısı idi. Hərdən evdə züm-zümə də edərdi, rəhmətlik. Bir oğlu xanəndə, bir oğlu aşıq idi. Hətta onlar 1967-ci ildə Moskvada “Ailə” ansmablı ilə çıxış ediblər. Onların ən kiçik musiqisi mənim balaban ifaçım və həmyaşıdım Abuzər Güləliyev idi. Xatırlayıram, biz dərsdən çıxandan sonra onlara gedərdik. O balaban ifa edər, mən də onun üçün dəm saxlayardım. Belə-belə məndə bu sənətə həvəs yarandı. Amma bir nüansı qeyd etmək istəyirəm. Mənim ilk pedaqoji fəaliyyətim Uşaq Filarmoniyasında olub. Mən oraya öz övladlarını gətirən valideynlərə həsəd aparırdım. Çünki ailəm mənə bu məsələdə təkan vermirdi. Valideynlərim həmişə mənə deyirdilər ki, səndən oxuyan olmaz. Get, özünə sənət tap. O vaxtlar kəndimizin klubu var idi. 6-cı sinifdə oxuyarkən ilk dəfə həmin səhnədə mahnı ifa etmişəm. Özfəaliyyət dərnəyi həmin tədbiri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil etmişdi. Mən isə “Anacan” adlı mahnı oxumuşdum.”
17-18 yaşlarında bayağı musiqiyə çox həvəsli olub. Bir dəfə doğulduğu kəndin toylarından birinə gələn Alim Qasımovun gözəl ifası onun bu həvəsini necə deyərlər, altüst eləyib. Alimi diqqətlə dinlədikdən sonra qərar verib ki, hökmən muğam ifaçısı olmalıdır. Və başlayıb Hacıbaba Hüseynova, Arif Babayevə, İslam Rzayevə, Yaqub Məmmədova qulaq asmağa. Beləliklə onları, xüsusən də Alim Qasımovu dinləyə-dinləyə bir neçə muğam öyrənib...
“O zamanlar Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil almaq üçün Bakıya qeydiyyatın olmalı idi. Bu da mənim üçün çətinlik törədirdi. Ona görə də mən çalışırdım ki, hansısa zavoda işə düzələrək Bakıya qeydiyyata düşüm. Lakin bu mənə ilk dəfədən qismət olmadı. Sonra Ələt qəsəbəsində yerləşən Ağac Emalı Kombinatında işə düzəldim və Bakıya qeydiyyata düşdüm. 2 il orada çalışdım. Həmin illər ərzində kombinatın nəzdində ansambl yaratdıq. Ayda bir dəfə kombinatın işçilərinə konsert verirdik.”- söyləyir.
Zabit Nəbizadə 1965-ci il may ayının 1-də əvvəl Şamaxının, indi isə Qobustan rayonunun ərazisində olan Şıxzahırlı kəndində anadan olub. 1991-1995-ci illərdə A.Zeynallı adına Azərbaycan Musiqi Texnikumunun "Solo oxuma" (xanəndəlik) şöbəsində, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissoru" fakültəsində bakalavr pilləsində ali təhsil alıb, 2018-2020-da isə oranın magistraturasında təhsilini davam etdirib. 1997-ci ildən Bakı Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərən muğam ustası, 2003-cü ildən Azərbaycan Milli Konservatoriyasının muğam şöbəsində pedaqoq kimi çalışır. 2005-ci ildə Əməkdar artist fəxri adına layiq görüldükdən sonra, 2011-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. Bu yaxınlarda Turan İbrahimovun onun haqqında tərtib etdiyi "Zabit Nəbizadə- 60, Azərbaycan muğamının ZABİTİ" adlı kitab da nəşr olunub...
Deyir ki:- “Mən uşaq olanda fikirləşirdim ki, görəsən müəllim çay içir, yemək yeyir? İndi isə müəllim şagirdinə müraciət edir ki, siqaretindən birini mənə də ver. Hərdən fikirləşirəm ki, səhv edib bu sənətə gəlmişəm. Çünki indi yaxşı bilən ilə bilməyənin, öyrədə bilənlə bilməyənin fərqi yoxdur...”
Bir dəfə də xaricə səfərlərinin birində bayatı ifa edib, alqışlayıblar. Konsert bitdikdən sonra səfirliyin işçiləri ona yaxınlaşaraq şəkil çəkdirmək istəyibər. Söyləyib ki, digər həmyerlilərimiz də gəlsin çəkdirərik. Bu arada fürsət tapıb onlardan soruşub ki, əcnəbilər məni niyə musiqi bitməmiş alqışladılar? Onlar da cavab veriblər ki, tamaşaçılar dilimizi anlamasalar da gözəl ifanı duyurlar...
“Avropada çıxış etməyə nə var ki, dili anlamırlar deyə səhv də oxuyumaq olur. Amma öz millətimiz olan yerdə harada ki, dilimizi başa düşürlər, məsələn: Türkiyədə, İranda səhv etməyə çəkinirsən. Fikirləşirsən ki, birdən tamaşaçı səhvini tutar.”- söyləyir.
Yaxşı adamdır, səmimiyyətini qoruyub saxlaya bilir. Yalan danışmağı xoşlamır. Sağlam ruhu var, hamıya, hər kəsə xoşbəxtlik arzulayır. Bəxtə, taleyə, bir sözlə alın yazısına çox inanır...
Deyir ki:- “Mənə elə gəlir ki, uğur qazanmaq üçün insani keyfiyyət deyil, bəxtin olmalıdır. İndiki zamanın tələbinə görə isə uğur qazanmaq üçün gedib kimlərinsə qapısını döyməlisən. Mən isə o cür xasiyyətə malik insan deyiləm. Belə bir atalar misalı var: “Ağlamayana pəpə yoxdur”. Amma düşünürəm ki, özümdən başqa düşmənim yoxdur. Özüm öz qədrimi bilmirəm. Bir dəfə maşında “AvtoFM”-ə qulaq asırdım. Orada belə bir mövzu müzakirə olunurdu. “Hansı xasiyyətinizi tərgidə bilmirsiniz?” Bir nəfər dinləyici mesaj yazmışdı ki, mən yayda da, qışda da qapını-bacanı soyuq su ilə yuyuram. Bu xasiyyətimi tərgidə bilmirəm. Mən də elə xasiyyətdəyəm. Mənə soyuq su qətiyyən olmaz. Səsimin düşmənidir. Bilirəm ki, ziyandır amma içirəm...”
Sənətdə ona heç kim təkan verməyib. Hətta hiss edib ki, onu hansısa qüvvə festivallardan, konkurslardan bilərəkdən uzaqlaşdırır. O isə buna görə heç vaxt ruhdan düşməyib...
“Həmişə tələbələrimə deyirəm ki, mənim zirvəyə gedən yolda bir nəfər əlimdən tutmayıb. Necə deyərlər, iynə ilə gor qaza-qaza gəlib bu yerə çıxmışam. Mənə dəyən zərbələrdən yıxılmamışam, öz yerimi daha da möhkəmlətmişəm. Sizdə çalışın ki, özünüzə güvənin, əziyyət çəkib sənəti dərindən öyrənsəniz, uğur sizin də qapınızı döyəcək...”
Bel yırtığı olduğu halda həkimlər ona səhvən xərçəng diaqnozu qoyub kimyəvi şüalar veriblər. Dörd dəfə əməliyyat da olunub. Hətta bir əməliyyatı narkozsuz, "novakain"lə ediblər. Ağrıları o dərəcədə güclü olub ki, çığırtısı birinci mərtəbədə eşidənlər də olub. Amma şükür Allaha ki, sağdır, yaşayır və bu gün də öz məlahətli səsi ilə muğamlarımızı ifa edir. Nə isə, mayın 1-i onun doğum günüdür. Bu dəfə 61 yaşı tamam olur. Ona möhkəm can sağlığı, uzun ömür, yeni-yeni uğurlar arzulayıram...

Elman Eldaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 May 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri