Icma.az
close
up
RU
“Həmişə düşünmüşəm ki, süni intellekt insanlardan xeyli ağıllı olacaq“ İlon Mask

“Həmişə düşünmüşəm ki, süni intellekt insanlardan xeyli ağıllı olacaq“ İlon Mask

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Süni intellekt insanların sağ qalması üçün ciddi təhlükə yaradır, çünki onun imkanları tezliklə nəzarətimizdən kənara çıxacaq..."

Amerikalı biznesmen İlon Mask bəyan edib ki, bir neçə ildən sonra süni intellekt insanları geridə qoya bilər.

Moderator.az xəbər verir ki, bu fikri ixtiraçı radio aparıcısı Co Roqana verdiyi müsahibədə səsləndirib. Məlumatı "ixbt.com" nəşri yayıb.

Maskın sözlərinə görə, artıq 2029 və ya 2030-cu ildə süni intellekt "bütün bəşəriyyətdən daha ağıllı" ola bilər. Əvvəllər o, bunun hətta 2025-ci ilin sonuna qədər baş verə biləcəyini ehtimal edin, lakin indi vaxt çərçivəsini daha dəqiq müəyyənləşdirib. 

Roqan biznesmendən belə bir vəziyyətdə insanların özlərinin edə bilmədiyi kəşfləri süni intellektin edib-edə bilməyəcəyini soruşub. Mask bunun mümkün olduğunu deyib.

Onun qiymətləndirməsinə görə, süni intellektin inkişafının müsbət nəticələr verməsi ehtimalı 80 faizdir. "Bəzi mənalarda, stəkan 80 faiz doludur", - Mask nikbin və bədbin yanaşmalarla bağlı məşhur ifadəyə istinad edərək bildirib.

Bu, onun əvvəlki qiymətləndirmələrinə (fəlakət riskinin 10-20 faiz arasında olması) yaxındır, lakin indi o, daha çox müsbət perspektivlərə diqqət yetirir. "Yaxşı nəticənin ehtimalı təxminən 80 faizdir", - Mask deyib.

Bununla yanaşı, amerikalı biznesmen 20 faiz ehtimalla mənfi ssenarinin gerçəkləşəcəyini- süni intellektin insanlığı məhv edə biləcəyini düşünür. Mask əmindir ki, yeni texnologiyaların inkişafı ya ən yaxşı, ya da ən dəhşətli nəticəyə gətirib çıxaracaq. Onun fikrincə, ortaq və balanslı bir nəticə çox az ehtimal olunur. O, "möhtəşəm nəticəyə" ümid etdiyini bildirib

Nikbin baxışına baxmayaraq, Mask etiraf edir ki, süni intellekt insanlığın sağ qalması üçün ciddi təhlükə yaradır, çünki onun imkanları tezliklə nəzarətimizdən kənara çıxacaq. "Həmişə düşünmüşəm ki, süni intellekt insanlardan xeyli ağıllı olacaq və ekzistensial risk yaradacaq. Və bu, doğru çıxıb", - Mask müsahibəsində bildirib.

Co Roqan belə bir ideya irəli sürüb ki, süni intellekt daha ədalətli bir cəmiyyət qurmaq və resursları səmərəli bölüşdürmək üçün istifadə oluna bilər. Mask bu fikirlə razılaşıb, lakin əsas təhlükənin süni intellektin ideologiyalaşdırılmasında olduğunu vurğulayıb.

İlon Mask süni intellektin insanlıq üçün təhlükə yaratması ilə bağlı fikirlərini dəfələrlə dilə gətirib. Daha öncə amerikalı biznesmen süni intellektin "güclü ideoloji yönləndirmə ilə"- liberal düşüncəyə meylli şəkildə öyrədilməsindən narahatlığını ifadə edib.

"Məsələn, süni intellektdən soruşublar ki, hansı daha pisdir: qlobal termonüvə müharibəsi, yoxsa "misgendering" (yanlış cinsi yanaşma)? O, ikinci variantı seçib.

Bu nəticənin ekzistensial problemi ondadır ki, fövqəlgüclü süni intellekt "misgendering"-i tamamilə önləməyin yeganə qəti üsulunun bütün insanları məhv etmək olduğuna qərar verə bilər", - İlon Mask nümunə gətirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Mart 2025 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri