“Həmişə futbolçularıma deyirəm ki, hər oyun…” Andrey Demçenko
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Araz-Naxçıvan" Misli premyer-liqasının 32-ci turunda evdə "Kəpəz"i 2:0 hesabıyla məğlub edib. “Football-plus.az” xəbər verir ki, naxçıvanlıların baş məşqçisi Andrey Demçenko oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb:
- Bu qələbə münasibəti ilə hər kəsi təbrik edirəm. Bu gün müasir futbol oynadıq. Məşqlərimizin bəhrəsini gördük. Rəqibimizə çətinliklər yaratmağa çalışdıq. Oyuna nəzarət bizim əlimizdəydi.
- Turnir perspektivi ilə bağlı heç bir motivasiya qalmayıb. Bu amili nəzərə alsaq, oyunçuları matça necə kökləyirsiz?
- Başa düşürəm ki, bu mövsüm bizim üçün yaxşı keçmədi. Ardıcıl 5 məğlubiyyət avrokuboklara vəsiqə qazanmamağımıza səbəb oldu. Həmişə futbolçularıma deyirəm ki, hər oyun bir şansdı. Son oyunumuz qalıb. Çox da motivasiyaya ehtiyac yoxdu. Onlar özləri də başa düşürlər ki, bu matçlar özlərini göstərmək baxımından bir şansdı.
- Bəs özünüzün motivasiyanız varmı?
- Şəxsi baxınmdan da yaxşı mövsüm keçirə bilmədim. Komanda bir gəmidi - burda həm futbolçular, həm də məşqçilər var. Bundan sonra rəhbərlik necə qərar verəcəksə, elə də olacaq.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 16 May 2026 00:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















