Həmkarımıza biganə qalmayaq Gülşən Şərifə dəstək olaq!
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Bu gün jurnalistikanın ağır, amma şərəfli yolunu seçmiş həmkarımız Gülşən Şərifi həyatının ən çətin mübarizələrindən birini yaşayır.
Xərçəng xəstəliyi ilə mübarizə aparan gənc jurnalisti qarşıda 9 seanslıq ağır müalicə prosesi və ciddi cərrahi əməliyyat gözləyir.
Sözün gücünə, həqiqətin işığına illərini verən Gülşən bu dəfə xəbərlərin mövzusu deyil, ümidə ehtiyacı olan bir insandır. O, bu ağır sınaqda tək qalmamalıdır. Media cameəsi olaraq, bir zamanlar onun qələmindən çıxan xəbərləri oxuyan hər kəs bu gün ona mənəvi və maddi dəstək göstərməlidir.
Bir zamanlar BAKU.WS saytı ilə də əməkdaşlıq edən həmkarımızın müalicəsi böyük maliyyə vəsaiti tələb edir. Bu səbəbdən hər bir paylaşım, hər bir dəstək çağırışı, hər bir yardım onun üçün həyati əhəmiyyət daşıyır. Çalışdığımız media qurumlarında, şəxsi sosial şəbəkə hesablarımızda bu çağırışı yaymaqla həmrəyliyimizi göstərə, Gülşəni bu çətin yolda tək olmadığını hiss etdirə bilərik.
Unutmayaq ki, jurnalist yalnız yazan deyil, eyni zamanda insandır. Bu gün Gülşən Şərifinin yaşamaq, sağalmaq və yenidən sevdiyi işinə qayıtmaq ümidi bizim birliyimizdən, duyarlılığımızdan asılıdır.
Yardım etmək istəyənlər üçün kart nömrəsi: 4169 7388 9054 9276
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 22 Yanvar 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















