Icma.az
close
up
RU
“Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib

“Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 17-də Bakıda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) təşəbbüsü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə tədbir keçirilib. SİA xəbər verir ki, “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda keçirilən tədbirdə Azərbaycanın ev sahibliyi etdiyi COP29-da iştirak edən müxtəlif ölkələrin həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.

BHİK-nın Baş katibi Luk Trianql iştirakçılara tədbirin məqsədi və mövzusu barədə məlumat verib, əhəmiyyətindən söz açıb. O həmçinin COP29-un nümunəvi təşkilindən və gedişindən məmnunluğunu ifadə edib, aparılan müzakirələrin və nəticənin iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə faydalı olacağını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə keçirilən COP29-dan bəhs edib. Bildirib ki, məsuliyyətli ölkə olan Azərbaycan hər zaman qlobal problemlərə həssas yanaşır, dövlətimizin başçısı cənab İlham Əliyev bəşəriyyətin gələcəyi ilə bağlı önəmli təşəbbüslər irəli sürür. Onun sözlərinə görə, Azərbaycan bu mötəbər beynəlxalq tədbiri - COP29-u yüksək səviyyədə təşkil edib, bu çərçivədə bütün işlər sistemli aparılır. Azərbaycanın yaşıl gündəliyindən də danışan Konfederasiya sədri iqlim dəyişmələri ilə mübarizədə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələri xatırladıb, bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın önəminə diqqət çəkib. Qeyd edib ki, COP29 işçilərin hüquqlarının və sosial ədalətin müdafiəsi, iş şəraitinin yaxşılaşdırılması kimi aktual məsələlərin müzakirəsi üçün də unikal platformadır.

Vurğulanıb ki, hazırda həmkarlar ittifaqları istehsal proseslərində dəyişikliklər, “yaşıl texnologiyalar” və bərpa olunan enerji mənbələrinə keçidlə bağlı qərarların qəbulu proseslərində iştirak edir. Bugünkü tədbir yeni təşəbbüslərin, birgə layihələrin başlanğıc nöqtəsinə çevriləcək, səslənən fikir və təkliflər gələcək fəaliyyətlər üçün əsas olacaq.

Sonra COP29-un ilk həftəsində keçirilən tədbir və aparılan müzakirələr, həmkarlar ittifaqlarının bu prosesdə iştirakı, həmçinin COP29-un ikinci həftəsinin prioritetləri nəzərdən keçirilib, Milli Səviyyədə Müəyyən edilən Töhfələrlə bağlı fikirlər səslənib.

BHİK-nın Qlobal iqlim siyasəti üzrə koordinatoru Bert De Vel dünyanı narahat edən məqamlardan biri kimi iqlim dəyişmələri ilə mübarizənin önəmini qeyd edib. Bildirib ki, bu sahədə fəaliyyət göstərən təcrübəli iqtisadçı kimi problemin mahiyyətinin daha ciddi olmasının fərqindədir. O, COP29 çərçivəsində aparılan danışıqlar, müzakirə olunan məsələlər və prioritetlər barədə də fikirlərini bölüşüb.

Eləcə də tədbirdə tematik sessiyalar keçirilib, iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə vəsaitinin cəlb edilməsinin vacibliyi, İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılması vurğulanıb, əmək hüquqları sahəsində ortaya çıxan tendensiyaların müzakirəsi aparılıb, bu istiqamətdə çətinliklər və gələcək çağırışlar qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Noyabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri