Həmkarlar ittifaqlarının işçilərin hüquqlarının qorunmasında rolu gücləndirilməlidir
Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev payız sessiyasının növbəti plenar iclasında həmkarlar ittifaqları və işəgötürənlər arasındakı münasibətlər barədə çıxış edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Həmkarlar İttifaqları Konfederasiyasının 8-ci qurultayı keçirilir və Prezident qurultaya təbrik göndərib. Qüdrət Həsənquliyev də bu təbriklərə qoşularaq təşkilata uğurlar arzulayıb:
“Amma təəssüf ki, həmkarlar ittifaqları əhali arasında daha çox üzvlərinə maddi yardım və müalicə göndərişləri ilə assosiasiya olunur, işçilərin hüquqlarının müdafiəsi isə yetərincə təmin edilmir”.
Deputat həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı problemləri də vurğulayıb:
"Çox hallarda həmkarlar ittifaqları sədrləri idarə və müəssisə rəhbərləri tərəfindən təyin olunur və onların tapşırığı ilə fəaliyyət göstərirlər. İşçilərin hüquqları pozulur, əmək haqqı ödənilmir, hətta gecə saat 12-yə qədər işləməyə məcbur edilirlər. İşçilərin işdən çıxarılması halları asanlıqla baş verir, məhkəmə qərarları belə icra olunmur".
Qüdrət Həsənquliyev hesab edir ki, işçilərin hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının fəal iştirakını təmin etmək üçün onlara ciddi siyasi dəstək verilməlidir. O, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstəyi və qanuni cavabları üçün təşəkkürünü bildirib.
Deputat həmçinin iş yerlərində siyasi partiyalar və dini qurumların fəaliyyətinə də toxunub:
“Müəssisələrdə və fiziki şəxs tərəfindən yaradılmış iş yerlərində siyasi partiyaların fəaliyyəti qadağan olunmalıdır. Eyni prinsip dövlət idarə və müəssisələrinə, dövlət qulluqçularının çalışdığı yerlərə də tətbiq olunmalıdır”.
Afət ZİYADQIZI
Qüdrət Həsənquliyev çıxışının sonunda həmkarlar ittifaqlarının işçilərin hüquqlarının qorunmasında rolunun gücləndirilməsinin vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 16 Dekabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















