Həmyerlilərimiz Gürcüstandan deport edildi
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 102 əcnəbini ölkədən deportasiya edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında açıqlama verilib.
Məlumata görə, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Pakistan, Türkmənistan, Özbəkistan, Hindistan, Azərbaycan, Türkiyə, Rusiya, Tailand, Filippin, Əlcəzair, Misir, İordaniya, Sudan, Livan, Nigeriya, Çin, Qazaxıstan və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıblar.
Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.
Son zamanlar Gürcüstanda qanunsuz miqrantlara qarşı ciddi tədbirlər görülür. Ölkə parlamenti miqrasiya qanunlarını sərtləşdirərək, deportasiya və miqrantların yoxlanılması proseslərini daha da sadələşdirib. Cari ilin əvvəlindən etibarən 2300-dən artıq xarici vətəndaş ölkədən deportasiya olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 21 İyul 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















