Həmyerlimiz Türkiyədə yanan təyyarənin sərnişinlərini xilas edibmiş
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 24-də Rusiyanın “Azimut” şirkətinə məxsus “Sukhoi Superjet 100” sərnişin təyyarəsi Antalyada eniş edərkən yanıb.
Yanğın nəticəsində 89 sərnişin və 6 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib, ölən və yaralanan olmayıb.
“Qafqazinfo”nun Rusiyanın “SHOT” teleqram kanalına istinadən məlumatına görə, hadisə zamanı Sultan Sultanov adlı azərbaycanlı sərnişinlərin xilas edilməsinə kömək edib.
Bildirilib ki, yanğın zamanı sərnişinlərdən biri olan S.Sultanov təyyarənin stüardessasının təşviş içərisində olduğunu görüb. Məlumata görə, işlə bağlı Türkiyəyə uçan Sultanov hadisə vaxtı ön oturacaqda əyləşibmiş. Krasnodar sakini olan həmyerlimiz təcili çıxış qapısını özü açıb və sərnişinlərə çıxmağa yardım edib.
Qeyd olunub ki, Dövlət Dumasının deputatı Dmitriy Qusev Krasnodar diyarının rəhbəri Veniamin Kondratyevə müraciət edərək Sultanovun mükafatlandırılmasını istəyib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 27 Noyabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















