Həmzət Çimayev Kadırovla fotosunu paylaşdı: Qəza iddialarından sonra ilk görüntü
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Çeçen əsilli UFC döyüşçüsü Həmzət Çimayev sosial şəbəkədə Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, respublikanın təhlükəsizlik katibi Adam Kadırovla birlikdə çəkdirdiyi ağ-qara fotosunu paylaşıb.
Globalinfo.az şəkil Çimayevin “Instagram” səhifəsində dərc olunub. Fotoda hər iki şəxs əl-ələ tutaraq gülümsəyir.
Paylaşım çeçen dilində “Tsxya yol gezri dina yolsh vayn hum khir dats” sözləri yazılıb. Bu ifadəni təxminən “Bizim heç bir keçi ilə ortaq cəhətimiz olmayacaq” kimi tərcümə etmək olar.
Başlıq ənənəvi dini ifadə olan “İnşallah” (əgər Allah istəsə) sözü ilə tamamlanır. Paylaşımın səbəbi ilə bağlı əlavə açıqlama verilməyib. Çimayev fotoda Adam Kadırovun yanında “konax” (çeçen dilində “kişi”) sözünü də qeyd edib.
Qeyd edək ki, yanvarın 16-da anonim Teleqram kanalları Adam Kadırovun Qroznıda avtomobil qəzasına düşdüyü barədə məlumat yaymışdı. İddialara görə, o, xəstəxanaya yerləşdirilib və daha sonra Moskvaya aparılıb. Həmin məlumatlarda Həmzət Çimayevin də Kadırovla eyni avtomobildə olduğu və ağır xəsarət aldığı iddia edilirdi.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 18 Yanvar 2026 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















