Həniyyənin qardaşı oğlu da məhv edildi
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qəzza zolağında İDF-nin həyata keçirilən əməliyyat zamanı HƏMAS-ın hərbi bölməsində "Nuxba" rotasının komandir müavini vəzifəsini tutan Valid Həniyyə məhv edilib.
Turkustan.az İsrail ordusunun yaydığı məlumata istinadla xəbər verir ki, məhv edilən şəxs hərəkatın siyasi bürosunun mərhum lideri İsmayıl Həniyyənin qardaşı oğlu olub.
İDF-nin mətbuat xidmətinin rəsmi bəyanatına əsasən, Valid Həniyyə oktyabrın 7-də İsrailə edilən hücumda birbaşa iştirak edib və sərhədi yaran dəstəyə rəhbərlik edib. Bundan əlavə, o, döyüşçülərin hazırlanması və təşkilata yeni üzvlərin cəlb edilməsi ilə məşğul olub.
Xatırladaq ki, İsmayıl Həniyyə 2024-cü il iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində həlak olub. İsrailin bu hücumda məsuliyyəti həmin ilin dekabrında müdafiə naziri İsrail Kats tərəfindən rəsmi olaraq təsdiqlənib.
İyunun 22-də İDF İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqəsi Karmey-Tsura qarşı "molotov kokteyli" atdıqları iddia edilən iki fələstinli radikalın məhv edildiyi barədə məlumat verib./modern.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 27 İyun 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















