Icma.az
close
up
RU
Hepatit B peyvəndi niyə hər kəsi eyni dərəcədə qorumur?

Hepatit B peyvəndi niyə hər kəsi eyni dərəcədə qorumur?

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Hepatit B peyvəndi hepatit B virusuna qarşı ən effektiv qorunma üsullarından biridir. Lakin peyvənd vurulan hər insanda eyni səviyyədə immun cavab formalaşmır. Məhz buna görə beynəlxalq tibbi protokollarda təkcə peyvəndləmə deyil, onun effektivliyinin — yəni qoruyucu immunitetin yaranıb-yaranmamasının — seroloji olaraq qiymətləndirilməsi xüsusi vurğulanır.
Bu məqsədlə qanda Anti-HBs göstəricisi ölçülür. Anti-HBs səviyyəsi formalaşmış immunitetin gücünü əks etdirir. Anti-HBs ≥10 mIU/mL qoruyucu immun cavab kimi qəbul olunur. 10–100 mIU/mL aralığı qorunma versə də, xüsusilə risk qruplarında bu səviyyə zəif və ya suboptimal immun cavab kimi qiymətləndirilir. Anti-HBs Tibb praktikasında “functionally unvaccinated” termini peyvənd olunmasına baxmayaraq faktiki olaraq qorunmayan şəxslərə aid edilir. Bu vəziyyət peyvəndin düzgün saxlanılmaması və ya donması, vaksinasiya qrafikinin pozulması, yaxud peyvənddən sonra Anti-HBs səviyyəsinin 10 mIU/mL-dən aşağı qalması ilə əlaqəli ola bilər. Bu şəxslər beynəlxalq tövsiyələrə əsasən sıfırdan peyvəndləmə yanaşması ilə qiymətləndirilməlidir.
“Weak responder” adlandırılan şəxslərdə peyvənddən sonra Anti-HBs səviyyəsi 10–100 mIU/mL arasında olur. Bu, immun cavabın mövcud olduğunu, lakin optimal səviyyədə formalaşmadığını göstərir. Xüsusilə səhiyyə işçiləri, ailədaxili HBV riski olanlar, invaziv prosedurlara məruz qalan şəxslər və xroniki xəstəliyi olan insanlarda bu səviyyə kifayət hesab edilmir. Bu hallarda əlavə doza və ya yüksək dozalı (double-dose) peyvənd strategiyası tövsiyə olunur.
“True non-responder” anlayışı iki tam peyvənd seriyasına (ümumilikdə 6 doza) baxmayaraq Anti-HBs səviyyəsi 10 mIU/mL-dən aşağı qalan şəxslərə aiddir. Bu şəxslərdə peyvəndə immun cavab formalaşmır və hepatit B virusu ilə təmas zamanı qorunma yalnız spesifik immunoqlobulin (HBIG) vasitəsilə mümkündür.
Amerika Xəstəliklərə Nəzarət Mərkəzinin (ACIP) tövsiyələrinə əsasən Anti-HBs Avropa Qaraciyər Tədqiqatları Assosiasiyası (EASL) və Böyrək Xəstəlikləri üzrə beynəlxalq təşkilat (KDIGO) risk qruplarında 40 mcg (double-dose) strategiyasını qəbul edir və bu şəxslərdə Anti-HBs səviyyəsinin 100 mIU/mL-dən yuxarı olmasını optimal hesab edir. Xüsusilə dializ və xroniki böyrək xəstələrində bu yanaşma standart sayılır.
Dünya Səhiyyə Təşkilatı (WHO) Anti-HBs ≥10 mIU/mL-ni qoruyucu hesab etsə də, risk qruplarında seroloji nəzarətin və klinik vəziyyətə uyğun əlavə dozaların tətbiqini məqbul yanaşma kimi qəbul edir.
Aparılan klinik tədqiqatlar göstərir ki, 40 mcg dozada hepatit B peyvəndi təhlükəsizdir və əlavə ciddi risk yaratmır. Əksinə, bu yanaşma daha güclü və uzunmüddətli immun cavabın formalaşmasına kömək edir.
Nəticə olaraq, Anti-HBs Peyvəndləmədə əsas məqsəd təkcə vaksinin vurulması deyil, effektiv immun cavabın formalaşıb-formalaşmadığının yoxlanılmasıdır. Beynəlxalq tibbi yanaşmalar risk qruplarında zəif nəticələrlə kifayətlənməməyi açıq şəkildə tövsiyə edir.
Aysel Əskərova, həkim
Newscenter.az üçün
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Yanvar 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri