Icma.az
close
up
RU
Həqiqət anı: Rusiya Moldovada ikinci cəbhə hazırlayır

Həqiqət anı: Rusiya Moldovada ikinci cəbhə hazırlayır

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moskvanın məkirli ssenarisi: Ukrayna bunun qarşısını almaq üçün səy göstərməlidir

Bu həftənin sonunda Moldovada parlament seçkiləri keçiriləcək. Bu Ukrayna üçün niyə vacibdir? Fakt budur ki, uzun müddət davam edən ekzistensial qarşıdurmada Kreml müqavimət göstərmək imkanlarımızı məhdudlaşdırmağa çalışır. Özü də bunu xüsusilə “dost olmayan dövlətlər halqası” yaratmaqla edir.

Macarıstan və Slovakiyanı Ukrayna üçün “dost olmayan dövlətlərə” çevirən Orban və Fiko hökumətləri ilə münasibətlərimiz hamıya məlumdur. Onlar işğalçıya qarşı sanksiyaları sabotaj edir və bizim Avropaya inteqrasiyamıza mane olurlar. Bütün bunlar təbii ki, milli maraqlarla pərdələnmişdir.

Polşada prezident seçkilərində Karol Navroçkinin qələbəsindən sonra o qonşu ilə də münasibətlərimiz gərginləşib. Vəziyyəti ancaq nisbətən loyal hökumət çoxluğunun olması xilas edir. Lakin Polşa ölkəmizlə münasibətlərində həmişə öz maraqlarını rəhbər tutub. Hazırda onun əsas marağı Rusiyanı cilovlamaq, onlara qarşı birbaşa təcavüzə əl atmasının qarşısını almaqdır.

Ukrayna indiyədək Moldova və Rumıniyaya etibarlı “arxa mühafizəçi” kimi arxalanıb, genişmiqyaslı işğalın başlamasından sonra onlardan dəstək görüb. Əslində bizim ixrac potensialımız və silah təchizatımızın şaxələndirilməsi indi bu etibarlı “arxa mühafizədən” asılıdır. Kreml də bundan xəbərdardır...

Kremlin planı birincisi, bizim ixrac potensialımızın məhdudlaşdırılmasını, ikincisi, Ukrayna qoşunlarının bir hissəsinin Odessa vilayətinə çıxarılmasına məcbur etmək üçün Dnestryanı ilə sərhəddə gərginlik mənbəyi yaratmağı tələb edir.

Yəni Moldovada hökumətin dəyişdirilməsi, mülki şəxslər adı altında kadrların rotasiyası üçün şəraitin təmin edilməsi, zabit korpusunun cəbhədə döyüş görmüş təcrübəli hərbçilərlə əvəzlənməsi, Dnestryanı əhalisinin səfərbər olunması üçün güclü maddi stimulların yaradılması planı var. Anbarlarda hər kəs üçün kifayət qədər silah var.

Bundan sonra bütün sərhəd boyu kütləvi şəkildə yerləşdirilmiş atıcı silahlara malik kiçik qrupların taktikasından istifadə edərək, onlar “Qirkin strategiyası”nı təkrarlamağa cəhd edə bilərlər: məskunlaşan əraziləri ələ keçirərək, “dinc əhali” pərdəsi altında istənilən hədəflərə doğru irəliləmək.

Xatırladaq ki, Odessa Rusiya tərəfindən işğal olunmuş Dnestryanı ilə sərhəddən cəmi 60 kilometr məsafədədir. Biz 2014-cü ildən bəri bilirik ki, təxribatçıları sıx məskunlaşmış şəhərlərdən çıxarmaq olduqca çətindir.

Əgər bu birinci plan uğurlu olarsa, ikinci plan işə düşəcək - Rumıniyada sabitliyi pozmaq. Çevriliş cəhdinə görə mühakimə olunan Corcskunun, ardınca isə Rumıniyada çox yüksək səs toplayan Simionun prezident seçkilərinin nəticələri göstərir ki, Ukraynaya münasibətdə daha çox nifaq səpmək və siyasətin dəyişməsinə sövq etmək üçün münbit zəmin var.

Bundan sonra Ukrayna ixracatını daşıyan gəmilərə öz ərazi sularından istifadə qadağan edilə bilər. Və sonra naməlum dron qayıqları neytral ərazi sularında gəmiləri terror edə bilər.

Belə bir ssenarinin baş vermə ehtimalını dərk edərək, Ukraynanın bunun qarşısını almaq üçün səy göstərməsi vacibdir. İdeoloji spektrdə olan Ukrayna siyasətçiləri qonşu ölkələrin siyasi qüvvələri ilə sıx əməkdaşlıq etməli, dövlət qurumları və kəşfiyyat orqanları isə Kremlin casus şəbəkələrinin üzvlərini ifşa etmək və yaxalamaq üçün əməkdaşlıq etməlidir.

Müəllif: Ruslan Roxov, ukraynalı siyasi məsləhətçi.

Mənbə: UNİAN

Tərcümə AYNA.AZ-a məxsusdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://ayna.az
archiveBu xəbər 22 Sentyabr 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri