Icma.az
close
up
RU
Həqiqət çox gec üzə çıxdı: Bədənində bu 2 əlamət vardı, 4 gün sonra öldü

Həqiqət çox gec üzə çıxdı: Bədənində bu 2 əlamət vardı, 4 gün sonra öldü

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərənin Southampton şəhərində yaşayan iki uşaq atası Qlin Kolmer, yaşadığı ağrı və yorğunluğu qocalıqla əlaqələndirib, lakin acı həqiqət üzə çıxıb. 51 yaşlı idman müəllimi beyin şişi diaqnozundan cəmi 4 gün sonra dünyasını dəyişib.

 “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, illərlə gənc idmançılara ilham verən Kolmer evdə qəfildən güclü qıcolma keçirib. Kolmer dərhal xəstəxanaya aparılıb və skanlar onun beynində kütlə olduğu aşkarlanıb. Dörd gün sonra həkimlər ona beyin şişlərinin ən ölümcül növlərindən biri olan yüksək dərəcəli qlioma diaqnozu qoyublar. Həyat yoldaşı 19 yaşlı uşaqları Qreys və 16 yaşlı Co ilə birlikdə fevralın 28-də Qlinlə vidalaşdı. Onun ailəsi indi beyin şişlərinin “ayrı-seçkisiz” təbiətinə diqqət çəkmək və tədqiqat üçün vəsait toplamaq üçün çalışır. Qlinin həyat yoldaşı "biz Qlinin sürüşüb getdiyini izlədik. O, tanıdığım ən sağlam insan idi. O, güclü, həyat dolu idi, gülüşü ilə dünyanı işıqlandırırdı", deyib. Qılcolma səhər saatlarında başlayıb. Onun sol qolu kilidlənib və hərəkətsiz qalıb.  Həyat yoldaşının müdaxiləsindən sonra təcili yardım çağırılıb. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlib. Bununla belə, Qlinin qolundakı ağrı keçməyib. Xəstəxanada onlara deyilib ki, beynində kütlə var. Bu, adətən sürətlə irəliləyən və müdaxilə şansı qoymayan qlioblastoma olduğu ortaya çıxdı. Böyük Britaniyada hər il təxminən 2200 insana bu tip beyin şişi diaqnozu qoyulur. Diaqnozdan sonra Qlin qısa müddətə xəstəxanadan buraxılıb, lakin ağrıları daha da şiddətlənib. O, heç kimin onu görməsini istəməyib. O, fevralın 25-də yenidən xəstəxanaya aparılıb. MRT-də beyin qanaması olduğu və bədəninin sağ hissəsindən istifadə edə bilməyəcəyi məlum olub. Tezliklə danışmaq və udmaq qabiliyyətini itirib. Bununla belə, o, sona qədər ailəsi ilə emosional bağını qoruyub saxlayıb. Həyat yoldaşı Elli deyib: “Əlimi ürəyinin üstünə qoyanda elə bil o, mənə “sağ ol” deyirdi. Hələ heç kim deməmişdi, amma görürdüm ki, ölür”. Reanimasiyaya aparılan Qlinin yenidən beyin qanaması olub. Həkimlər sağalmağa ümidin olmadığını bildiriblər. Ailəsi birlikdə onun həyat dəstək bölməsini çıxarmaq üçün çətin qərar verib. Qlin sevdiklərinin əllərindən tutaraq həyatla vidalaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyun 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri