“Həqiqəti desəydilər, bura gəlməzdim” Mourinyodan qalmaqallı açıqlama
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Fənərbaxça” rəhbərliyini qınayıram. Mənə həqiqətin yarısını dedilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo ötən gün “Trabzonspor”la keçirilən oyundan sonra deyib.
O, rəhbərliklə bağlı sərt fikirlər səsləndirib: “Rəhbərliyi qınayıram. Gördüyüm reallıqlar daha pis idi. Hər şeyi izah etsəydilər, bura gəlməzdim. Futbolçularımla birlikdə həm rəqiblərimizə, həm də sistemə qarşı mübarizə aparırıq.
İşimlə və klubumla maraqlanıram. Əslində ictimaiyyət buna əhəmiyyət verməlidir. Siz türklər baş verənləri ifadə etməlisiniz. Danışsam, ağzım bağlanacaq və sistem mənə hücum edəcək”.
Təcrübəli mütəxəssis, həmçinin hakim qərarları ilə bağlı da iradlarını bildirib: “Trabzonspor”la matçın adamı Atilla Karaoğlan oldu. Onu meydanda görmədik, amma matçın baş hakimi idi. Onu nə VAR hakimi olaraq, nə də meydanda görmək istəyirik”.
Qeyd edək ki, “Trabzonspor” - “Fənərbaxça” matçı qonaqların 2:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 04 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















