Heqset ABŞ ın Yaxın Şərqdə neçə aviadaşıyıcı saxlayacağını açıqlamaqdan imtina edib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Pentaqon rəhbəri Pit Heqset “Theodore Roosevelt” aviadaşıyıcısının regiona gəlməsindən sonra ABŞ-ın Yaxın Şərqdə neçə aviadaşıyıcı saxlayacağını açıqlamaqdan imtina edib.
APA xəbər verir ki, bu barədə Heqset Kolorado-Sprinqs şəhərində jurnalistlərin suallarını cavablandırıb.
Pentaqon rəhbərindən “Theodore Roosevelt”in hazırda Yaxın Şərqdə olan iki ABŞ aviadaşıyıcısından birini əvəz edəcəyi, yoxsa onlara qoşulacağı soruşulub.
“Bu, yerində verilmiş sualdır, amma ona cavab verməyəcəyəm. Yalnız onu deyə bilərəm ki, mənim vəzifəm ali baş komandana mümkün qədər geniş fəaliyyət variantları təqdim etməkdir”, – Heqset bildirib.
Bu mövzuda digər xəbərlər:ABŞ Yaxın Şərqdə hərbi gücünü artırdı 3 aviadaşıyıcı bölgədə yerləşdirildi
24 Aprel 2026 11:30
ABŞ Yaxın Şərqdə atəşkəsdən imtina etdi
15 Mart 2026 00:20
ABŞ ın Yaxın Şərqdə hərbi bazaları hansı ölkələrdədir?
15 Yanvar 2026 15:16
İran: ABŞ ın müdaxiləsi Yaxın Şərqdə sabitliyi pozacaq
02 Yanvar 2026 14:42
Əkrəminiya: “ABŞ ın Yaxın Şərqdə varlığına son qoyulur”
18 Mart 2026 18:45
Baxış sayı:142
Bu xəbər 04 Oktyabr 2026 01:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















